“Rusiya Ermənistana İsraildən silah almağa icazə verməyəcək”
"İsrail istənilən dövlətə, o cümlədən Ermənistana silah sata bilər. İsrailin qarşısında Ermənistana silah satmasını əngəlləyən heç bir siyasi, iqtisadi baryer yoxdur. Ermənistanın İsraildən silah alması üçün siyasi, iqtisadi icazəsi varmı?".
28 İyul 2017 12:27 Siyasət"İsrail istənilən dövlətə, o cümlədən Ermənistana silah sata bilər. İsrailin qarşısında Ermənistana silah satmasını əngəlləyən heç bir siyasi, iqtisadi baryer yoxdur. Ermənistanın İsraildən silah alması üçün siyasi, iqtisadi icazəsi varmı?".
Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, siyasi, iqtisadi və geosiyasi baxımdan Ermənistanın İsraildən silah alma ehtimalı sıfırdır. Politoloq vurğulayıb ki, Ermənistanın kifayət qədər vəsaiti yoxdur: "İsrail ən elit silah istehsal edən ölkə imicinə malikdir. Texnologiyanın dərəcəsi nə qədər yüksəkdirsə, silah o qədər də bahadır. Rusiya və İsraildən alınan adi avtomatın belə qiymətində 4-5 dəfə fərq var. Yüksək səviyyəli silahların qiyməti isə daha bahadır".
Politoloq əlavə edib ki, digər tərəfdən Ermənistanın silah bazarı Rusiyanın monopoliyasındadır: "Rusiya Ermənistana İsraildən silah almağa icazə verməyəcək. Ermənistanın bütün silahları Rusiyaya məxsus olduğu üçün, yeni gələn silahların köhnə silahlara uyğun olub olmamaq məsələsi var. Hərbi cəhətdən bu çox çətin həll edilən məsələdir. Əgər regiona İsrail silahı gəlsə, İran Ermənistanla əlaqələri minimuma endirə bilər. İranla münasibətlər Ermənistan üçün çox vacibdir". Azadinform.az