Fikrət Məmmədov tapşırıqlar verib

Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında  2017-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən nazirliyin digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə də ətraflı məlumatlar səsləndirilib.

Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında  2017-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən nazirliyin digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə də ətraflı məlumatlar səsləndirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, iclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud problemlər və çatışmazlıqlar müzakirə olunub, ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması ilə bağlı tələbləri diqqətə çatdırılaraq konkret tapşırıqlar verilib. Eyni zamanda işin səmərəliliyinin artırılması, əmək və icra intizamının gücləndirilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, icra işinin müasirləşdirilməsi və bununla bağlı "Elektron icra"nın tam tətbiqi və digər qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Kollegiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı dövlət başçısının Sərəncamının icrası üzrə tədbirlər müzakirə olunub, bu tarixi hadisənin və həmin ərəfədə qeyd olunacaq Azərbaycan ədliyyəsinin bir əsrlik yubileyi ilə əlaqədar konkret tapşırıqlar verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31