Müsəlmanlara namazda yaş qadağası qoyuldu - ABSURD
İsrailin hakimiyyət dairələri Qüdsdə ictimai asayişin qorunmasını gücləndirmək üçün hüquq-mühafizə strukturlarının təqribən 2 min əməkdaşını şəhərə yollayıb. Qüdsün tarixi mərkəzi olan Məbəd təpəsində müsəlmanların cümə namazı qılınması ilə bağlı yasaqlar yenidən bərpa olunub. Yeni qərara görə, 50 yaşına çatmamış müsəlmanlar Məbəd təpəsindəki Məscid əl Əqsaya və əl Haram əl Qüds əl Şərif məscidlərinə namaza buraxılmayacaqlar.
28 İyul 2017 11:46 Dünyaİsrailin hakimiyyət dairələri Qüdsdə ictimai asayişin qorunmasını gücləndirmək üçün hüquq-mühafizə strukturlarının təqribən 2 min əməkdaşını şəhərə yollayıb. Qüdsün tarixi mərkəzi olan Məbəd təpəsində müsəlmanların cümə namazı qılınması ilə bağlı yasaqlar yenidən bərpa olunub. Yeni qərara görə, 50 yaşına çatmamış müsəlmanlar Məbəd təpəsindəki Məscid əl Əqsaya və əl Haram əl Qüds əl Şərif məscidlərinə namaza buraxılmayacaqlar.
Ötən həftə Məbəd təpəsində müsəlmanlarla İsrail polisi arasında toqquşmalar olmuşdu. Toqquşmalarda 120 nəfər xəsarət almışdı. Milli.az 2 Channel Tel-Aviv-ə istinadən xəbər verir.