Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər müzakirə olunub.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər müzakirə olunub. Tədbirdə çıxış edən nazir ümummilli lider Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini, respublikamızın hərtərəfli inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunmasını vurğulayıb, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarında nailiyyətləri qeyd edib. Bildirilib ki, ölkəmizdə aparılan hüquqi islahatlar çərçivəsində vətəndaş haqlarının, o cümlədən azadlıq hüququnun qorunması, cəzaların icrası işinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə islahatların yeni mərhələdə aparılmasına əlavə təkan verən dövlət başçısının qeyd olunan proqram xarakterli Sərəncamının icrası üzrə bir çox tədbirlər görülüb.

Belə ki, cəzaların humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi əsaslarının məhdudlaşdırılması və həbsə alternativ qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunub. Probasiya xidmətinin işinin təşkili və elektron nəzarət vasitələrinin istifadəsi ilə bağlı beynəlxalq təcrübə öyrənilib, "elektron qolbaq"ın nümunələri pilot qaydada sınaqdan keçirilib və hazırda ölkəmiz üçün daha uyğun modelin müəyyən olunması üzrə işlər yekunlaşdırılır. Eyni zamanda penitensiar infrastrukturun müasirləşdirilməsi, bu xidmətin peşəkar kadr korpusunun formalaşdırılması, cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin genişləndirilməsi üzrə əməli tədbirlər görülüb. İctimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlıq qurulub. Qeyd olunub ki, sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində ötən ilin birinci yarımili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalmış, həbsdən azad edilmiş insanların sayı isə 28 % artmışdır. Bundan başqa müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31