15 bələdiyyə sədri barədə material prokurorluğa göndərilib
Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 792 belə akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
28 İyul 2017 12:06 SosialCari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 792 belə akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. Qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb.