Nazirlik tərəfindən 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb

20017-ci ilin biribci rübündə Ədliyyə Nazirliyi tərəfindən əvvəlki dövrlə müqayisədə 22% çox – 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 970-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazirlik tərəfindən aparılan normativ aktların elektron bazasına (e-qanun.az) müraciət edən şəxslərin sayı 68 % artaraq 365 minə çatmışdır. 

20017-ci ilin biribci rübündə Ədliyyə Nazirliyi tərəfindən əvvəlki dövrlə müqayisədə 22% çox - 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 970-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, nazirlik tərəfindən aparılan normativ aktların elektron bazasına (e-qanun.az) müraciət edən şəxslərin sayı 68 % artaraq 365 minə çatmışdır. Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 26.800-ə yaxın vətəndaş müraciətinə baxılıb, 7 mindən artıq vətəndaş nazirlikdə, habelə bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31