14 nəfər edam edildi

Səudiyyə Arabistanı məhkəməsi 14 nəfərə edam cəzası verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, ölkədə son olaraq bu ay ərzində dörd şiə terrorçu kimi  ittiham olunaraq edam edilib. Məhkumların edam olunmasına səbəb   qanunlara qarşı silahlı üsyan, təhlükəsizlik güclərinə hücumda iştirak, molotofkokteyli hazırlamaq, oğurluq, silah oğurlamaq, təhrikedici üsyana qatılmaq kimi ittihamlar əsas götürülüb. Ərəb mətbuatı edam cəzası alanların hamısının  şiə olduğunu bildirir. İrana cəsusluqda günahlandırılan 15 nəfərin işi isə məhkəmə tərəfindən araşdırılır. Ərəbistan Ədliyyə Nazirliyi və məhkəmə rəsmiləri edamla əlaqədar heç bir açıqlama verməyiblər.

Səudiyyə Arabistanı məhkəməsi 14 nəfərə edam cəzası verib. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, ölkədə son olaraq bu ay ərzində dörd şiə terrorçu kimi  ittiham olunaraq edam edilib.

Məhkumların edam olunmasına səbəb   qanunlara qarşı silahlı üsyan, təhlükəsizlik güclərinə hücumda iştirak, molotofkokteyli hazırlamaq, oğurluq, silah oğurlamaq, təhrikedici üsyana qatılmaq kimi ittihamlar əsas götürülüb.

Ərəb mətbuatı edam cəzası alanların hamısının  şiə olduğunu bildirir. İrana cəsusluqda günahlandırılan 15 nəfərin işi isə məhkəmə tərəfindən araşdırılır. Ərəbistan Ədliyyə Nazirliyi və məhkəmə rəsmiləri edamla əlaqədar heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, iyukun 1 - də  məhkəməyə çıxan məhkumlardan biri, ifadəsinin işgəncə altında alındığını söyləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31