2 saylı “ASAN Kommunal” mərkəzdə notariat xidmətləri göstərilir
2 saylı “ASAN Kommunal” mərkəzə müraciət edən vətəndaşlar Ədliyyə Nazirliyinin notariat xidmətlərindən yararlana biləcəklər. Xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır. ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, burada əsas məqsəd şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.
28 İyul 2017 10:40 Sosial2 saylı "ASAN Kommunal" mərkəzə müraciət edən vətəndaşlar Ədliyyə Nazirliyinin notariat xidmətlərindən yararlana biləcəklər. Xidmətlərin "ASAN xidmət" mərkəzləri ilə yanaşı 2 saylı "ASAN Kommunal" mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır. ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, burada əsas məqsəd şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.
Eyni zamanda vətəndaşlar 2 saylı "ASAN Kommunal" mərkəzinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana bilərlər.