Qüdsdə növbəti qarşıdurma

Qüdsün tarixi mərkəzində  toqquşmalar baş verib. Qarşıdurma nəticəsində azı 50 nəfər xəsarət alıb. “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir ki,  “Əməkdaşlarımız toqquşmalar zamanı xəsarət alan 56 şəxsə kömək ediblər”. Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir. Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.

Qüdsün tarixi mərkəzində  toqquşmalar baş verib. Qarşıdurma nəticəsində azı 50 nəfər xəsarət alıb. "Qızıl Aypara" cəmiyyətinin məlumatında bildirilir ki,  "Əməkdaşlarımız toqquşmalar zamanı xəsarət alan 56 şəxsə kömək ediblər". Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir.

Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.

Polis əməkdaşlarının səsli qumbara və rezin güllələrdən istifadə etdiyi bildirilir.

***

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31