Dişləri ardıcıl fırçalamaq ürək üçün xeyirlidir
Alimlər qanayan diş ətləri vasitəsilə qan-damar sisteminə daxil olan bakteriyalardan xilas olmaq üçün dişlərin gün ərzində iki dəfə fırçalanmasının böyük əhəmiyyət daşıdığını deyiblər. Elm adamlarına görə dişləri ardıcıl fırçalamaq ölümcül ürək xəstəliklərinin baş qaldırmasının qarşısını alır.
27 İyul 2017 19:20 DünyaAlimlər qanayan diş ətləri vasitəsilə qan-damar sisteminə daxil olan bakteriyalardan xilas olmaq üçün dişlərin gün ərzində iki dəfə fırçalanmasının böyük əhəmiyyət daşıdığını deyiblər. Elm adamlarına görə dişləri ardıcıl fırçalamaq ölümcül ürək xəstəliklərinin baş qaldırmasının qarşısını alır.
Ağızda çoxalan bakteriyalar dişlər fırçalanmadıqda qanayan diş ətləri vasitəsilə qana keçərək nadir hallarda rast gəlinən, lakin çox zaman ölümlə nəticələnən yoluxucu endokardit xəstəliyinə səbəb ola bilər.
Qan dövranına daxil ola bilən "streptococcus gordonii" adlanan bakteriya qanın laxtalanmasına səbəb olur. Bu laxtaların içində yerləşən bakteriya hətta immun sistemindən və antibiotiklərdən də qoruna bilir. Əgər bu qan laxtası ürək qapaqlarına gedib çatarsa, xəstəlik oraya nüfuz edir və bir çox hallarda ölümlə nəticələnir.
Bristol Universitetinin alimləri bu qan laxtalarından müdafiə olunmaq üçün yeni dərmanlar tapmağa çalışırlar. Bu arada isə yerinə yetirilməli olan ən vacib iş dişləri müntəzəm olaraq fırçalamaq hesab edilir.