Rusiyanın ən məşhur nəvəsi evlənir — Alla Puqaçovanın nəvəsi kimi seçdi?
Müğənni Alla Puqaçovanın nəvəsi Nikita ailə həyatı qurur. Kristina Orbakayte və Vladimir Presnyakovun 26 yaşlı oğlunun seçimi bağ qonşusudur. 20 yaşlı Alyona Krasnova Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyasının tələbəsidir. Nikita ilə Alyona artıq bir neçə ildir ki, görüşür.
27 İyul 2017 19:02 DünyaMüğənni Alla Puqaçovanın nəvəsi Nikita ailə həyatı qurur. Kristina Orbakayte və Vladimir Presnyakovun 26 yaşlı oğlunun seçimi bağ qonşusudur. 20 yaşlı Alyona Krasnova Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyasının tələbəsidir. Nikita ilə Alyona artıq bir neçə ildir ki, görüşür.
Toya 200 qonaq dəvət edilib. Yeni evlənənlər üçün iki paltar sifariş verilib. Toy mərasimi Moskva ətrafındakı "Javoronki" qəsəbəsində baş tutub. Bəyin anası Kristina Orbakayte tədbirin təşkilatçısıdır.
Alla Puqaçova və digər qonaqların gənclərə pul hədiyyə edəcəyi gözlənilir. Gəlin bildirib ki, içində pul olan zərf ən yaxşı hədiyyədir. Bəyin dostları isə yeni evlənənlərə rəsm hədiyyə ediblər. Ölkə.az