Yevlax rayon Mərkəzi Xəstəxanası yanıb

Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Həllik yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova  Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın nəticəsində xəsarət alan olmadığını deyib: “Hazırda yanğın tam söndürülüb. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan kənarlaşdırılıb.

Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Həllik yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova  Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın nəticəsində xəsarət alan olmadığını deyib: "Hazırda yanğın tam söndürülüb. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan kənarlaşdırılıb. Onlar arasında xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır". Xəstəxanada stasionar müalicə alan xəstələrin başqa xəstəxanalara köçürülməsinə gəldikdə, A.Əhmədova bu barədə yaxın vaxtlarda yekun qərar veriləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31