Lerikdəki partlayışın baş vermə səbəbi məlum oldu

Lerik rayonunda broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işlilərə dəyib.

Lerik rayonunda broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işlilərə dəyib. Nəticədə üç işçi xəsarət alıb. Onlardan biri hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya yerləşdirilib.
 
Hadisə nəticəsində dağıntı olmadığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31