48 nəfər ölüb, 161-i yaralanıb- FHN-dən açıqlama
Fövqəladə Hallar Nazirliyi 2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində baş verən hadisələrin statistikasını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu dövrdə 5368 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5% çoxdur.
27 İyul 2017 16:28 SosialFövqəladə Hallar Nazirliyi 2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində baş verən hadisələrin statistikasını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu dövrdə 5368 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 649 nəfər təxliyə olunub. Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2204 çıxış edilib. Yanğın hadisələri zamanı 24 nəfər həlak olub. 64 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 7 nəfər və ya 41%, xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Eyni zamanda 2017-ci ilin I rübü ərzində respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olmuş, 42 nəfər xəsarət alıb.