Xanım velosipedçilərin yürüşü keçirilib

"Rapha" beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə "Women 100" adı altında veloyürüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı GİN yayıb. Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 km məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.

"Rapha" beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın "Cyclemania Lady" qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə "Women 100" adı altında veloyürüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı GİN yayıb. Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 km məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə baş tutan bu veloyürüş hər il "Rapha"nın dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31