Politoloq: “Əsas məqam gələndə rıçaqlar ermənilərin yox, rusların əlində olacaq”
“Əgər Ermənistan ərazisinə təcavüz olunsa, Rusiya-Ermənistan birgə qoşunları hərəkətə keçə bilər. Amma Azərbaycan Ermənistana ərazisinə təcavüz etmək niyyətində deyil. Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə aparır”.
27 İyul 2017 14:01 Siyasət"Əgər Ermənistan ərazisinə təcavüz olunsa, Rusiya-Ermənistan birgə qoşunları hərəkətə keçə bilər. Amma Azərbaycan Ermənistana ərazisinə təcavüz etmək niyyətində deyil. Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə aparır".
Bu fikirləri politoloq İlqar Vəlizadə bildirib. O qeyd edib ki, birgə qoşunların istifadə edilməsi üçün heç bir əsas yoxdur. Politoloq əlavə edib ki, Ermənistan tərəfi birgə qoşunların Azərbaycana və potensialda Türkiyəyə qarşı yönəldiyini təqdim etməyə çalışır: "Lakin Rusiya tərəfi başqa cür düşünür, birgə qoşunları başqa məqsədlərlə istifadə etmək barədə düşünür. Rusiya Cənubi Qafqazda hərbi texniki cəhətdən dominantlığı qoruyub saxlamaq, yeni hərbi texniki formaların tətbiqini təcrübədən keçirmək niyyətindədir. Müharibə vaxtı qoşunlara Rusiya, sülh vaxtı isə Ermənistan rəhbərlik edəcək. Yəni əsas məqam gələndə rıçaqlar ermənilərin yox, rusların əlində olacaq. Ermənilərin birgə qoşunlardan öz məqsədləri üçün istifadə etmək istəyi xülyadır". Azadinform.az