ABŞ-dan PKK-ya daha bir jest: Türkiyə əleyhinə daha bir addım
Suriyanın şimalında PKK terror təşkilatının nəzarətindəki bölgələrdə 7 hərbi baza quran ABŞ təşkilata daha bir “jest” edib. Amerika Suriyaya pilotsuz təyyarələr göndərəcək.
27 İyul 2017 13:45 DünyaSuriyanın şimalında PKK terror təşkilatının nəzarətindəki bölgələrdə 7 hərbi baza quran ABŞ təşkilata daha bir "jest" edib. Amerika Suriyaya pilotsuz təyyarələr göndərəcək. İŞİD terror təşkilatına qarşı əməliyyatları bəhanə edərək PKK-ya silah və maddi yardımı əsirgəməyən ABŞ terrorçuları dron cihazları ilə də təmin edəcək. Pilotsuz təyyarələrin istifadəsi mövzusunda terrorçulara təlim vermək üçün Amerikanın Kobanidəki hərbi bazasına 9 hərbi məsləhətçi də göndərilib. ABŞ Xarici İşlər Nazirliyi terror təşkilatına hərbi dəstəyin veriləcəyi faktını təkzib etməyib. Publika.az