"Qarabağ"ı sevindirən sensasiyalar

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Öz ölkəsinin çempionlarının mübarizəsində 10 qarşılaşma baş tutub. Bu görüşlərdən biri Azərbaycan təmsilçisinin iştirakı ilə keçirilib. "Qarabağ" öz meydanında Moldova "Şerif"i ilə qarşılaşıb - 0:0.

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Öz ölkəsinin çempionlarının mübarizəsində 10 qarşılaşma baş tutub. Bu görüşlərdən biri Azərbaycan təmsilçisinin iştirakı ilə keçirilib. "Qarabağ" öz meydanında Moldova "Şerif"i ilə qarşılaşıb - 0:0.

Ağdam klubunu mərhələ keçmək üçün səfərdə çətin və önəmli qarşılaşma gözləyir. Lakin "Qarabağ"ə və fanatlarını təkcə ağdamlıların deyil, digər 9 cütün də taleyi maraqlandırır. Təbii ki, ilk növbədə çempionumuz mərhələ keçməlidi. Bunun gerçəkləşməsindən sonra digər cütlərdə kimin mərhələ keçməsi də aktuallaşacaq. Çünki bu 10 cütün qalibi pley-offun püşkatmasında səbətlərə bölünəcək. Təbii ki, hər bir komanda səpələnmişlər sırasında yer alıb daha münasib rəqiblə düşmək istəyir. Bu səbətlərin müəyyənləşməsində isə III təsnifat mərhələsinin rolu böyükdü. Məsələ ondadır ki, 20 komandadan 10-u mərhələ adlayacaq. Onlardan da ən yüksək reytinqli 5-i səpələnəcək. İndidən bütün klubların əmsalları bəlli olduğundan hər komanda həm özü oynayır, həm də yüksək reytinqlilərin uduzmasına azarkeşlik edir. Hazırkı 20 iştirakçının xallarına baxsaq, "Qarabağ" 10-cu yerdədir. Təmsilçimiz III təsnifat mərhələsində səpələnmişlər sırasına sonuncu kimi düşmüşdü. Əgər ilk oyunları baş tutan mərhələnin bütün cütlərində güclülər qalib gəlsə, pley-offun ən aşağı reytinqlisi olan "Qarabağ" səpələnməmiş olacaq.

Digər səbətə düşmək üçün isə çempionumuz özü mərhələ keçməli və 5 cütdə sensasiya gözləməlidir. Bu qədər gözlənilməzlik inandırıcı deyil. Amma ilk oyunların nəticələri bu baxımdan nikbinliyə az da olsa əsas verir. Düzdü, "Qarabağ" "Şerif"i uda bilməməklə öz işini çətinə salıb. Amma digər cütlərin də zəifləri özlərini "Şerif" kimi və ya daha yaxşı aparıb. Aşağıdakı siyahıda cütlərin favoritlərini fərqləndirilib, onları da xal ardıcıllığı ilə qərarlaşıb. Sonuncu 10-cu cütün reytinqlisi olan ağdamlılar yuxarıdakı nəticələrə ümidlə baxa bilər. Çünki ilk oyunlardakı sensasiyalar "Qarabağ"ı sevindirib. Çünki daha yuxarıda olan 9 favoritdən yalnız ikisi - "Olimpiakos"la "Maribor" qələbə qazanıb. Sonuncular evdə minimal hesaba sevinib və mərhələ keçməməsi də mümkündü. 5 komanda isə daha aşağı reytinqli rəqibinə uduzub. Əslində bu 5 cütün cavab oyunları keçirilməsə, "Qarabağ" səpələnmiş olacaq. İndi isə qalib tərəflər üstünlüyünü qorumalıdı. "Kopenhagen", "Lüdoqorets", APOEL, BATE və "Legiya"nın uduzması "Qarabağ"ın lehinədir. Düzdür, bu cütlərdə qalib gələn və səpələnməmiş kimi rəqibimiz olması mümkün görünən "Vitorul", "Slaviya", "Astana", "Hapoel" kimi klublara da yuxarıdan aşağı baxmaq olmaz. Düzdür, bütün favoritlər səfərdə uduzduğunda evdə revanş imkanına malikdir.

"Zalsburq"la "Seltik" də "Qarabağ"ın səpələnmişlər səbətinə yolunu aça bilər. Onların evdə heç-heçə etməsi buna əsas verir. Lakin sensasiyalardan birinin səbəbkarı "Riyeka"nı da asan rəqib saymaq olmaz.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması avqustun 4-də baş tutacaq.

UEFA Çempionlar Liqası III təsnifat mərhələsi , ilk oyunlar

Çempionlar yolu
"Partizan" (Serbiya) - "Olimpiakos" (Yunanıstan) - 1:3
"Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) - 0:0
"Zalsburq" (Avstriya) - "Riyeka" (Xorvatiya) - 1:1
"Vardar" (Macarıstan) - "Kopenhagen" (Danimarka) - 1:0
"Hapoel" (Beer Şeva, İsrail) - "Lüdoqorets" (Bolqarıstan) - 2:0
"Slaviya" (Praqa, Çexiya) - BATE (Belarus) - 1:0
"Astana" (Qazaxıstan) - "Legiya" (Polşa) - 3:1
"Vitorul" (Rumıniya) - APOEL (Kipr) - 1:0
"Maribor" (Sloveniya) - "Hafnarfyordur" (İslandiya) - 1:0
"Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova) - 0:0

Qeyd: daha yüksək reytinqli komandalar qalın şriftlə fərqləndirilib. Cütlər yüksək reytinqli komandaların əmsallarına uyğun ardıcıllıqla göstərilib. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31