Politoloq: “Müharibə başlayarsa, Azərbaycanın yanında bir sıra dövlətlər yer alacaqlar”
Rusiya-Ermənistan qoşunlarının yaradılması haqda müqavilənin Rusiya prezidenti Vladimir Putin tərəfindən ratifikasiya edilməsi məlum olan bir məsələnin elanıdır. Bu fikri politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, bəzi məqamlar illərdir ki, bəllidir: “Hesab edirəm ki, Azərbaycan özünə və öz ordusuna güvənməlidir. Xarici qüvvələr Azərbaycanı başqaları ilə qarışdırmamalıdır”.
27 İyul 2017 14:04 SiyasətRusiya-Ermənistan qoşunlarının yaradılması haqda müqavilənin Rusiya prezidenti Vladimir Putin tərəfindən ratifikasiya edilməsi məlum olan bir məsələnin elanıdır. Bu fikri politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, bəzi məqamlar illərdir ki, bəllidir: "Hesab edirəm ki, Azərbaycan özünə və öz ordusuna güvənməlidir. Xarici qüvvələr Azərbaycanı başqaları ilə qarışdırmamalıdır".
"Əgər Dağlıq Qarabağda müharibə başlayarsa, birləşmiş qoşunlardan Azərbaycana qarşı istifadə oluna bilərmi?" sualına cavabda politoloq bildirib ki, praktika və nəzəriyyə adətən bir-biri ilə uzlaşmaya bilər: "Nələrin olacağını ancaq müharibə başlayanda bilmək olar. Hər halda müharibə başlayarsa, Azərbaycanın da yanında bir sıra dövlətlər yer alacaqlar". Azadinform.az