İyulun son günlərində Bakı və Abşeron yarımadasında 34-39° isti olacağı gözlənilir

Azərbaycanda bu ayın sonunadək gözlənilən havaşəraiti ilə bağlı xəbərdarlıq edilib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən xəbərə görə, iyulun 28-29-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.

Azərbaycanda bu ayın sonunadək gözlənilən havaşəraiti ilə bağlı xəbərdarlıq edilib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən xəbərə görə, iyulun 28-29-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında iyulun 28-dən ayın sonunadək ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 27-32° isti olacağı gözlənilir. Qərb küləyi 29-u gündüzdən 31-dək  ayrı-ayrı yerlərdə  arabir güclənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31