Böyrək köçürülən xəstələrin sayı AÇIQLANDI
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində ölkədə xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş mətbuat konfransı keçirilib.
27 İyul 2017 14:14 SosialSəhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində ölkədə xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş mətbuat konfransı keçirilib. Tədbirdə hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatı 3312 xəstəyə xidmət edildiyi bildirildi. Bunlardan 1329 nəfər Bakı şəhərində, 1983 nəfər regionlarda tam dövlət hesablı hemodializlə təmin olunublar. Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün "Xroniki Böyrək Çatışmazlığı" Dövlət Proqramına uyğun olaraq 2016-cı ildə Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib. 2017-ci ildə regionlardan Zərdab və Masallı da yeni hemodializ mərkəzi, Sumqayıt şəhərində isə 15aparatlıq ikinici hemodializ şöbəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bakıda yaşayan hemodializ xəstələrinin sayının artmasını nəzərə alaraq bu ilin iyul ayının əvvəlində 3 saylı Şəhər Xəstəxanasında əlavə 12 aparat istifadəyə verilmişdir.
Qeyd edək ki, Azərbaycanda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinin 3, ən yaşlısının 85 yaşı var. Hal-hazırda 15 yaşa qədər 6 az yaşlı xəstə var. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar. Hal-hazırda "Xroniki Böyrək Çatışmazlığı" proramı üzrə 719 nəfər böyrəköçürülmüş xəstə vardır. 2017-ci ildə 54 nəfərə böyrəkköçürmə əməliyyatı aparılıb. Onlar 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar.