Naxçıvan ərazisində arxeoloji abidələr aşkarlandı

Naxçıvan Muxtar Respublikasının ərazisində xeyli yeni arxeoloji abidə aşkar olunub.Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü, Vəli Baxşəliyevin sözlərinə görə, bu abidələrin bir qismi Eneolit  dövrünə aiddir. Bölmədən “Olaylar” – a bildirilib ki, alim Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlərinin V minilliyin birinci yarısına aid olduğunu deyib.

Naxçıvan Muxtar Respublikasının ərazisində xeyli yeni arxeoloji abidə aşkar olunub.Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü, Vəli Baxşəliyevin sözlərinə görə, bu abidələrin bir qismi Eneolit  dövrünə aiddir. Bölmədən "Olaylar" - a bildirilib ki, alim Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlərinin V minilliyin birinci yarısına aid olduğunu deyib.
Naxçıvançayın sağ sahilində aşkar olunan yeni yaşayış yerindən Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika aşkarlanıb. Yeni tapıntılar Eneolit mədəniyyətinin Cənubi Qafqazda, Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəllikləri daşıdığını sübut edir. V.Baxşəliyev Urmiya hövzəsindəki Eneolit abidələrində istifadə olunan obsidianın 95%-nin Naxçıvan yaxınlığındakı Sünik yatağından aparıldığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31