İlon Mask Pentaqonda yüksək vəzifə alacaq

Pentaqonda yaradılacaq müharibələrin öyrənilməsi qurumunun rəhbər heyətində kimlərin təmsil olunacağı açıqlanıb.

Musavat.com xəbər verir ki, ABŞ hərbi naziri Pit Heqset Virciniya ştatının Kvantiko şəhərindəki ABŞ Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı bu barədə danışıb.

Heqsetin sözlərinə görə, Pentaqonda əsas missiyası "gələcək müharibəni öyrənmək" olacaq bir bölmə yaradılacaq: "Müdafiə nazirinin tədqiqat və inkişaf üzrə müavini və Pentaqonun baş mühəndisi Emil Maykl ilə birlikdə ona millətimizin ən yaxşı zəka sahiblərindən bəziləri İlon Mask (müdafiə şirkəti Anduril Industries-in təsisçisi), Palmer Luckey və Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç rəhbərlik edəcək".

Pentaqon rəhbəri izah edib ki, yeni bölmə silahlı qüvvələr üçün yeni strategiya və ya yanaşma hazırlamayacaq: "Biz bunu artıq edirik. Onun əsas missiyası gələcəyi yaradıcı şəkildə qiymətləndirmək, fəth etməli olduğumuz sahələri və inkişaf etdirməli olduğumuz imkanları müəyyən etmək olacaq".
Heqset iddia edib ki, pilotsuz sistemlər üzrə ixtisaslaşmış bir komandanlığın yaradılması "10 il əvvəl nəzərdən keçirilməli" idi: "Onilliklər ərzində döyüş meydanında texnoloji və hərbi dominantlığa nail olmaq üçün gələcəyə baxmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31