AMEA – da saziş imzalanıb
AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək son illərdə elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib.
27 İyul 2017 11:02 SosialAMEA-nın Yüksək Texnologiyalar Parkı ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb. Akademiyadan "Olaylar" - a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək son illərdə elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. "EPC Group" MMC-nin direktoru Məhəmməd Miabi çıxış edərək rəhbərlik etdiyi şirkətin elmi tədqiqatlar və ixtiraların kommersiyalaşdırılması məqsədilə AMEA YTP ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Daha sonra müəlliflər öz layihələri barədə məlumat veriblər.
Sonda V.Babayev və M.Miabi əməkdaşlıq Sazişini imzalayıb. Əməkdaşlıq çərçivəsində "EPC Group" ilə AMEA Yüksək Texnologiyalar Parkına təqdim olunan və Texnoloji Transfer xidmətindən keçən bir sıra layihələrin müəllifləri arasında investisiya tərəfdaşlığına dair sənədlər imzalanıb.