Belarus yazıçıları Azərbaycan dilində çap olundu
"Mütərcim" nəşriyyatı tanınmış Belarus yazıçıları Nikolay Çergineç, Ales Badak və Georgi Marçukun kitablarını Azərbaycan dilində çap edib. Kitabları Azərbaycan dilinə tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirli çevirib. Nikolay Çergineçin "Oğullar" adlı kitabına yazıçının eyniadlı romanı daxil edilib. Çergineç Belarus ədəbiyyatına ilk dəfə olaraq milis detektivi janrını gətirib, bir neçə kinossenari və teatr tamaşasının müəllifi, Beynəlxalq Yazıçılar Cəmiyyətinin, Rusiya və Belarus yazıçılar ittifaqlarının həmsədridir. Azərbaycan oxucusuna təqdim olunan "Oğullar" romanı mənasız "əfqan müharibəsi"ndən bəhs edir.
27 İyul 2017 10:19 Mədəniyyət"Mütərcim" nəşriyyatı tanınmış Belarus yazıçıları Nikolay Çergineç, Ales Badak və Georgi Marçukun kitablarını Azərbaycan dilində çap edib. Kitabları Azərbaycan dilinə tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirli çevirib.
Nikolay Çergineçin "Oğullar" adlı kitabına yazıçının eyniadlı romanı daxil edilib. Çergineç Belarus ədəbiyyatına ilk dəfə olaraq milis detektivi janrını gətirib, bir neçə kinossenari və teatr tamaşasının müəllifi, Beynəlxalq Yazıçılar Cəmiyyətinin, Rusiya və Belarus yazıçılar ittifaqlarının həmsədridir. Azərbaycan oxucusuna təqdim olunan "Oğullar" romanı mənasız "əfqan müharibəsi"ndən bəhs edir.
Ales Badakın hekayələr toplusuna onun son illər yazdığı "Görüntünün o biri üzü", "İdeal oxucu", "Yağışdan qurtulan gün" və digər hekayələri daxil edilib. Hekayələr bundan əvvəl Azərbaycanın ədəbi orqanlarında dərc olunmuşdu. Georgi Marçukun "Qorın çayının adamları" adlı kitabında isə tanınmış yazıçının etüd və hekayələri yer alıb. Qeyd edək ki, G.Marçuk iki dəfə Nobel mükafatına nominantların siyahısına düşüb.