Nazir Məhəmmədov deputatın qulağını dişləyib qopardı

Rusiyanın Stavropol diyarında Levokumskoye kəndi bələdiyyəsinin 56 yaşlı deputatı Matvey Abakumov dostu ilə içki məclisini davam etdirməkdən imtina etdiyi üçün qulağını itirib.

Rusiyanın Stavropol diyarında Levokumskoye kəndi bələdiyyəsinin 56 yaşlı deputatı Matvey Abakumov dostu ilə içki məclisini davam etdirməkdən imtina etdiyi üçün qulağını itirib. Matvey Abakumov masa arxasından durub evə getmək istərkən 44 yaşlı dostu Nazir Məhəmmədov buna kəskin etirazını bildirib və dostuna hücum edib.

Əlbəyaxa davanın gedişində ev sahibi deputatın qulağını dişləyərək qoparıb. Hadisə yerinə təcili yardım maşını çağırılıb. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31