“BakuBus”da itən uşaq yaxınlarına təhvil verildi
İyulun 26-da saat 16:05 radələrində “BakuBus”a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb. “OLAYLAR” -ın şirkətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal aidiyyatı orqanlara, həmçinin “BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.
26 İyul 2017 17:58 Sosialİyulun 26-da saat 16:05 radələrində "BakuBus"a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb. "OLAYLAR" -ın şirkətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal aidiyyatı orqanlara, həmçinin "BakuBus"a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb. Təxminən 16:50 radələrində uşağın nənəsi "BakuBus"a məxsus 1 nömrəli avtobusun 28 May m\st dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.