Moskvadan Lənkərana 65 min dollar gətirmək istəyən sərnişin tutuldu

Moskva-Lənkəran aviareysi ilə Azərbaycana gəlmək istəyən Rusiya vətəndaşı gömrük yoxlanışı zamanı saxlanılıb. Rusiya vətəndaşı sərhəddən külli miqdarda pulu qanunsuz keçirmək istəyibmiş. "Vətəndaşın əl baqajının yoxlanması zamanı gömrük əməkdaşları 65 min dollar və 220 min rubl məbləğində pul aşkarlayıblar", - məlumatda bildirilir. 

Moskva-Lənkəran aviareysi ilə Azərbaycana gəlmək istəyən Rusiya vətəndaşı gömrük yoxlanışı zamanı saxlanılıb. Rusiya vətəndaşı sərhəddən külli miqdarda pulu qanunsuz keçirmək istəyibmiş. "Vətəndaşın əl baqajının yoxlanması zamanı gömrük əməkdaşları 65 min dollar və 220 min rubl məbləğində pul aşkarlayıblar", - məlumatda bildirilir. Mənbə qeyd edir ki, gömrük qanunvericiliynə görə, 10 min ABŞ dollarından artıq nəqd pul sərhəddən keçirilən zaman onunla bağlı bəyannamə yazılmalıdır. "Domodedovo" Gömrük İdarəsi tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində aşkarlanan administrativ qanun pozuntularına görə 1108 cinayət işi açılıb. Bu müddət ərzində qaçaqmalçılıq yolu ilə nəqd pulların keçirilməsilə bağlı 11 qanun pozuntusu qeydə alınıb və 27 milyon rubldan artıq pul müsadirə edilib. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31