Almaniya ABŞ-a xəbərdarlıq etdi: "Sanksiyalar siyasətinin oyuncağı olmamalıdır”

Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının qanuniləşdirdiyi sanksiyalara sərt reaksiya verib. Nazirliyin spikeri Martin Şafer məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, sanksiyalar ABŞ-ın kommersiya gəlirlərini dəstəkləyən siyasət mexanizmi halına gəlməməlidir. Alman hökumətinin sözçüsü Ulrayk Demmer də Avropa sənayesinin ABŞ-ın tətbiq etdiyi sanksiyaların hədəfində olmaması lazım olduğunu deyib.

Alman hökuməti sanksiyaların alman şirkətlərinə maddi zərər vuracağından narahatdır. Almaniya sanksiyaların təbii qaz boru xətləri layihələrinin Rusiya ilə birlikdə həyata keçirilməsinin əngəlləməsindən ehtiyat edir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31