Ana və iki azyaşlı övladının intiharı övladının intiharı

Təəssüflər olsun ki, əksər cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də intihar kimi mənfi tendensiyalara rast gəlinir. Son illərdə artan intihar halları bu gün cəmiyyəti narahat edən başlıca məsələlər sırasındadır. Əgər əvvəllər yalnız sağalması mümkün olmayan xəstələr, psixi pozğunluğu olan şəxslər son addım kimi intihara əl atırdılarsa, günümüzdə adi hala çevrilən bu intihara istənilən şəxs əl atır. Bu gün səninlə normal ünsiyyətdə olan, hətta həyat şəraiti normal qaydada davam edən fərdlər gözləmədiyin halda intihar edir. Bu günlərdə Şəmkir rayonunda baş verən məlum intihar hadisəsi də bu qəbildən olan hadisələrdəndir. Xəbərlərdən də məlum olduğu kimi Şəmkir rayonu, Zəyəm qəsəbəsi-stansiyasında ana iki azyaşlı uşagı ilə birlikdə intihar məqsədilə özūnū qatarın altına atıb. Hadisə zamanı hər ūçū faciəli şəkildə həlak olub. Son olay qeyd etdiyimiz mənfi tendensiyaya daha yaxından diqqət etməyimizi, bu problemə köklənməyimizi zəruri edir. Maraqlıdır ki, nə və hansı dəhşətli durum məcbur edə bilər ki, ana özūnə və ūstəlik iki körpə uşagına qıysın?

Və bu intihara səbəb olan başlıca amillər

Məsələ ilə bağlı fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay qeyd edib ki, məlum hadisə barədə hələlik çox cūzi məlumat var: "Birinci hal, burada qadının özūnə qəsdi qədər öz həyatından bezməsidir. Bu da təbii ki, onun xeyli mūddət gūclū psixoloji sıxıntı keçirməsinin və özūnəqəsddən savayı bir çarə görməməsinin nətcəsidir. Çūnki, ekspert-kriminalist praktikam əksərən bu cūr mənəvi-psixoloji səbəbi göstərib. Bu sıxıntının da başlıca səbəbi çox gūman ki, kəskin iqtisadi durumdur. Hansı ki, bu qadının da ailəsini görūnūr, bərk vurub. Olayda ikinci əsas məsələ qadın-ananın özū ilə bərabər iki ūşagına da qıymasıdır. Ona görə yox ki, uşaqlarını istəməyib. Əksinə çox istədiyindən bu son dəhşətli addımı atıb. Görūnūr ki, nə ailəsi, nə ata anası, nə qohum cəmiyyət içində uşaqları etibar edəsi bir kimsə görməyib Bu da qadının öz ailəsi içində son dərəcə ciddi məişət və sair problemlər yaşadıgını göstərir. Və həm də onu göstərir ki, həyatından bezmiş gəlinin nəinki özūnə, heç o körpə uşaqlarına belə bu kritik anda nə qohum-qardaş nə cəmiyyətdən yaxın duran olmayıb". Bəs bu proseslərin qarşısını necə almaq lazımdır? İlqar Altay hesab edir ki, gedəni qaytarmaq, zamanı saxlamaq olmaz: "Bir şeyi dūşūnmək lazımdır. Gəmi çalxalananda heç kim heç nə dūşūnmūr, hər kəs öz övladı-ailəsini qanadı altına yığıb, yalnız özūnə ūmid və gūvənc olaraq, birtəhər vəziyyətdən çıxmaqdan başqa. Vay o gūnə ki, o gəminin qəzalı, ölūmlū, dagımlı çalxalanma zamani sən özūnū, ailəni ələ yıga bilməyəsən. Aləmin qarışdıgı, camaatın qaçıb bu zəlzələdən qurtulma yolu axtardıgı vaxt, sən hələ daxili ailə-uşaq ziddiyyəti, "razborkasında" olasan. Onda heç. Onda sən

ailənlə bu gəlinin-qadının faciəsinə məhkumsan. Sikələnib, ayılıb, gözūnū geniş açıb, būtūn ətrafa, dūnyaya baxıb bu gedişatı anlamaq lazımdır. Görmək lazımdır ki, bu saat erməni də, Qərb də, Şərq də, hamısı Azərbaycanı didir. Bu didinti də yenə deyirəm, aşagı təbəqə ūzərinə dūşūr, agır maddi və mənəvi sıxıntı kimi. Heç olmasa, bu təlatūmlū vəziyyəti görūb bilib, öz daxilində, ailəndə, qohum-qardaşda, ətraf cəmiyyətdə sakitlik, sabitlik, mehribançıliq qurub yarat. Yaranmasa da, stresslərin qızışdıgı belə bir vaxt cətin də olsa, yenə yarat. Yarat ki, ikiqat zərbəyə, bayır və içəridən, ūstdən və altdan dūcar olmayıb, bir yol tapîb xilas olasan. Bizim bir cəmiyyət və xalq olaraq bu təlatūmlū dövrandan çıxış yolumuz budur: birlik, sabitlik, səbr, səmimiyyət, mehribançılıq və həmrəylik"

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri onu da qeyd edib ki, bu iş nə prokurorluq, nə istintaqlıq məsələ deyil: "Burada kriminal axtarıb, kimisə tutub-buraxıb problemi yola vermək olmaz. Bu iş inzibati məsələdir. Yerli hökumətin, sosial təminat ūzrə mərkəzi hakimiyyət orqanlarının Şəmkir rayonu üzrə nümayəndələrinin aztəminatlı ailələrə qayğısızlığının, vecsiz mūnasibətinin nəticəsidir. Būtūn ölkəyə, hətta artıq xaricə səs salib rezonans yaratmış bu dəhşətli faciəyə görə yəqin ki, Zəyəm qəsəbə Icra Nūmayəndəliyinin fəaliyyəti əsaslı yoxlanıb, araşdırılıb, həmin şəxslərin layiqincə cəzalandırması təmin olunacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31