Qeyri-neft məhsullarının ixrac coğrafiyası genişləndirilir

“Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı təbliğat işləri davam etdirilir. Qrtıq bu məqsədlə dünyanın müxtəlif ölkələrində 8 ixrac missiyası həyata keçirilib. İxrac missiyalarının nəticəsi olaraq bir sıra ölkələrlə qarşılıqlı əməkdaşlıq barədə razılaşma əldə olunub. Müsbət haldır ki, ixrac missiyası çərçivəsində görülən tədbirlərə azırbaycanlı iş adamları da cəlb edilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə iştirakı məqsədilə görülmüş işlərin nəticəsi olaraq, Dubayda keçirilən “Gulfood” beynəlxalq ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində 24 şirkətin məhsulları sərgilənmiş, Dubaya diri qoyun və ət ixracına dair 2 müqavilə imzalanmış, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilmişdir.

"Made in Azerbaijan" brendi xarici bazarlarda sərgilənir

"Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı təbliğat işləri davam etdirilir. Qrtıq bu məqsədlə dünyanın müxtəlif ölkələrində 8 ixrac missiyası həyata keçirilib. İxrac missiyalarının nəticəsi olaraq bir sıra ölkələrlə qarşılıqlı əməkdaşlıq barədə razılaşma əldə olunub. Müsbət haldır ki, ixrac missiyası çərçivəsində görülən tədbirlərə azırbaycanlı iş adamları da cəlb edilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə iştirakı məqsədilə görülmüş işlərin nəticəsi olaraq, Dubayda keçirilən "Gulfood" beynəlxalq ərzaq sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində 24 şirkətin məhsulları sərgilənmiş, Dubaya diri qoyun və ət ixracına dair 2 müqavilə imzalanmış, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilmişdir. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən iri marketlər şəbəkəsi ilə Azərbaycan məhsullarının satışı ilə bağlı razılaşmalar, eləcə də Küveytə meyvə-tərəvəz və nar şirəsinin, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistana fındıq, Dubaya çay, bal və quru süd, Səudiyyə Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunmuşdur. Bu ilin martında Almaniyanın Düsseldorf şəhərində keçirilən "Prowein" beynəlxalq şərab sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi ilə 9 şirkətin iştirakı təmin olunmuş, Azərbaycan şərablarının Litvaya və növbəti mərhələlərdə digər Baltikyanı ölkələrə ixracı barədə razılıq əldə edilmişdir. Hazırda bazar araşdırmaları ilə bağlı müraciətlərin qəbulu davam edir və onların qiymətləndirilməsi ilə bağlı müsabiqə komissiyasının avqust ayının sonunda keçirilməsi nəzərdə tutulur. Məlumatda o da bildirilir ki, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3%-dən 6%-dək hissəsi büdcə vəsaitləri hesabına təşviq verilir. Bu çərçivədə ixrac təşviqinin ödənilməsi davam etdirilmiş, qeyri-neft məhsulları ixracatçılarına 2016-cı ildə 2,3 milyon dollar həcmində ixrac qarşılığında 200,4 min manat, 2017-ci ilin ilk 6 ayında isə 13,9 milyon dollar həcmində ixraca uyğun olaraq, 1,312 mln. manat olmaqla ümumilikdə indiyədək 1,5 milyon manat ödənmişdir. İxrac təşviqindən istifadə edən ixracatçılar məhsullarını əsasən Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və Fransa bazarlarına ixrac etmişlər. 2017-ci ildə ödənilən ixrac təşviqinin 70,2%-i üzüm şərabları və digər spirtli içkilər, 14,6%-i konserv məhsulları, şirələr, mürəbbələr və s. təşkil edir. Bununla yanaşı, sahibkarlardan daxil olmuş müraciətlər və aparılmış təhlillər nəzərə alınmaqla təşviqin ödənilməsi mexanizminin təkmilləşdirilməsi, bir sıra məhsulların ixrac təşviqi ödənilən məhsulların siyahısına daxil edilməsi istiqamətində işlər aparılır. Bunlarla yanaşı, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi üçün Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin edilmışdır. Azərbaycanın ixracyönümlü məhsullarının xarici bazarlarda təşviqi məqsədilə Belarusda Azərbaycan Ticarət Evi açılmış, Ukraynada bu istiqamətdə işlər davam etdirilir. Nazirlikdən bildirilib ki, Azərbaycan məhsullarının təbliği üçün xarici KİV-də reklamların yerləşdirilməsi istiqamətində müvafiq işlər görülüb. Belə ki, Azərbaycan şirələri barədə video çarxın hazırlanması ilə bağlı işlər başa çatmaq üzrədir. Bundan başqa, "Azərbaycan meyvə və tərəvəzləri" ilə bağlı videoçarxın hazırlanmasına başlanmışdır. Video çarxın sentyabr və oktyabr aylarında Rusyanın bir sıra aparıcı federal televiziya kanallarında yerləşdirilməsi nəzərdə tutulur. Xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və Duty Free  mağazalarında "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçıvədə Rusiyanın ən böyük pərakəndə satış şəbəkəsi ilə danışıqlara başlanmışdır. Bununla yanaşı, Moskva, Kiyev, Minsk, İstanbul, Frankfurt və digər şəhərlərin hava limanlarındakı Duty Free mağazalarında məhsulların yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Paralel olaraq SOCAR-ın xarici ölkələrdəki yanacaq doldurma məntəqələrində Azərbaycan mənşəli məhsulların satışının təşkil edilməsi məqsədilə "Made in Azerbaijan" rəflərinin  yerləşdirilməsi ilə bağlı işlər görülür. "Made in Azerbaijan" brendinin AZAL şirkəti vasitəsi ilə təşviq edilməsi istiqamətində işlər davam etdirilir. İxraca dəstəklə bağlı digər tədbirlər olaraq, 2017-ci ilin 1-ci yarımilliyi ərzində AZPROMO tərəfindən 110 ixrac və investisiya yönümlü tədbir keçirilmiş, İxracatçılar Klubunun və onun komitələrinin 10-dək iclası təşkil olunmuş, 125-dən çox şirkətə ixrac xidmətləri göstərilmiş, 15 şirkət üçün "Go Export" seminarı təşkil edilmiş, "Export.az" ixrac portalı istifadəyə verilmişdir. Ölkədə arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq və tekstil ixracatçıları və istehsalçıları, qablaşdırma sənayesi, mebel istehsalçıları assosiasiyaları fəaliyyətə başlamışdır. İclasda assosiasiyalarla əlaqələrin daha da gücləndirilməsi, həmçinin tütünçülük üzrə assosiasiyanın yaradılmasına lazımi dəstək göstərilməsi barədə Nazirliyin aidiyyəti qurumlarına tapşırıq verilmişdir. Məlum olduğu kimi Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülmüşdür. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər, iri tonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2017-ci ilin yanvar-iyun aylarında ölkəmizin ərazisindən 16 minə yaxın yük avtomobili keçmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında ölkə ərazisindən ümumilikdə 5,5 milyon ton yük daşınmışdır. Yüklərin 4,4 milyonu neft və neft məhsullarının, 1,1 milyonu isə  qeyri-neft məhsullarının payına düşür. Ötən ilin analoji dövrü ilə müqayisədə neft və neft məhsullarının daşınmasında 23%, qeyri-neft məhsullarında isə 36% artım müşahidə olunur. Eyni zamanda, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər davam etdirilir.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31