Ermənistan ciddi narahatçılıq keçirir
Azərbaycanın xarici siyasət kursunda bütün ölkələrlə mehriban dostluq və əməkdaşlıq münasibətlərinin qurulması, bu münasibətlərin daha da inkişaf etdirilməsi başlıca prioritet təşkil edir. Məhz bu prizmadan çıxış edən ölkəmizin xarici siyasətini həyata keçirən müvafiq qurumlar da rəsmi Bakı ilə ayrı-ayrı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə sistemli iş aparırlar.
26 İyul 2017 14:16 SiyasətAzərbaycan və İsrail arasındakı hərbi tərəfdaşlığın inkişaf dinamikasından
Azərbaycanın xarici siyasət kursunda bütün ölkələrlə mehriban dostluq və əməkdaşlıq münasibətlərinin qurulması, bu münasibətlərin daha da inkişaf etdirilməsi başlıca prioritet təşkil edir. Məhz bu prizmadan çıxış edən ölkəmizin xarici siyasətini həyata keçirən müvafiq qurumlar da rəsmi Bakı ilə ayrı-ayrı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə sistemli iş aparırlar. Xarici əlaqələr baxımından Azərbaycanın Birləşmiş Ştatlardan tutmuş Avropaya, Qərbdən Şərqə doğru bütün ölkələrlə normal əməkdaşlıq münasibətləri mövcuddur. Sevindirici haldır ki, Azərbaycanın ayrı-ayrı dövlətlərlə münasibətlərinin inkişaf etdirilməsinə ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da aktiv rol oynayırlar. Həmin təşkilatlar da bu və ya digər ölkələrlə birgə layihə, proqramlar həyata keçirməklə Azərbaycanla həmin ölkələr arasında əlaqələrə müsbət dinamika qatırlar. Belə təşkilatlardan biri də İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubudur. Bir müddət əvvəl təsis edilmiş klubun əsas məqsədi iki ölkə arasından mövcud olan əlaqələrin nümunəvi statusunu möhkəmləndirmək və bəşəriyyətə təlqin etməkdir. Sözügedən təşkilatın vitse-prezidenti Samir Zeynalov deyib ki, İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu -Azərbaycan və İsrail gəncləri arasında dostluq , qardaşlıq, və həmrəyliyin möhkəmlənməsi, ümumi idealoji maraqların təkamülü istiqamətində yer üzündə sülhün, mültikultural dəyərlərin, qlobal sosial rifahın, maarifçiliyin və mədəniyyətlərin tərəqqisi üçün yaradılan könüllü fərdlərdən ibarət ictimai-fəlsəfi, sosial-iqtisadi, mənəvi-əxlaqi və bəşəri dəyərləri özündə birləşdirən dünyəvi qurumdur: "İki tolerant ölkənin gəncləri arasında həmrəyliyin və qardaşlığın inkişaf təşəkkülünə olan təşəbbüs heç şübhəsiz xalqlar arasında multikoordinasiyanın dövlətlər səviyyəsində tərəqqisi və əbədiliyinə köklənib. Biz hesab edirik ki, xalqlarımız arasında uzun illər ərzində təkamül yolu keçmiş münasibətlər tandemi lokal münaqişə ocaqları, birgə yaşama dair dözümsüzlük , dövlətlər səviyyəsində belə mövcudluğunu itirməyən münasibətlərin ziddiyyəti ilə qidalanan bəşəriyyətimizin bu gününə və gələcəyinə optimist yaşam töhvəsi ola bilər. Multikultiralizim, qarşılıqlı anlaşma, multietnik yaşamın bənzərsizliyini ehtiva edən Azərbaycanın mənəvi coğrafiyasının cazibədarlığı xalqlarımız arasında tarixi nahamar yol qət edən bağlığın təkamül meyarlarını dünyada sülhün və yaşam nizamının əbədi gerçəkliyi naminə xaos mərkəzlərinə təqdim etməyə dair təkzib olunmaz faktdır. Fəaliyyət prinsiplərimizin başlıca meyarlarıaydın təfəkkür, milli özünüdərk və qlobal düşüncə olmaqla dünyada sülhün və yaşam nizamının əbədi gerçəkliyi uğurunda gerçək işıqla aydınlanan fikirlərimizin geniş miqyaslı praktiki ictimai aktivliyə tətbiqinə dair maraqlarımız məhz bu faktın sarsılmazlığından qidalanır. Bəşəriyyətin düşüncə dalğasında dinamik mərhələdə qərarlaşan gəncliyin bu mötəbər əməli fəaliyyət istiqamətində stimulizasiya və püxtələşməsinin tarixi hadisə kimi yaddaşlarda əbədi qalacağı şübhə doğurmur".Təşkilat rəsmisi deyir ki, İsrail-Azərbaycan Gənclərin Həmrəylik və Qardaşlıq Klubu xalqlarımız arasında hökm sürən dostluğun mənzərəsini həzm edə bilməyən İranın, Fələstinin və Ermənistanın qondarma ittifaq daxilində olan həmrəyliyini istehza ilə qarşılayır: "Xüsusilə İran və Ermənistan Azərbaycan və İsrail arasında mövcud olan hərbi tərəfdaşlığın inkişaf dinamikasından narahatçılıq keçirir. Azərbaycan isə özünün yürütdüyü xarici siyasətlə əlaqədar olaraq İsraillə ortaq dəyərlər fonunda işğalçı və terrorçu hərb siyasətinə qarşı öz konstruktiv mövqeyini ortaya qoymaqdan usanmır. Biz düşünürük ki, dünyada sülhün və yaşam nizamının ilkin bərqərarı yolunda həqiqi addımlar məhz Azərbaycanın ərazi bütövlüyün bərpası istiqamətində haqq qazanar. Bu haqq yolunda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İsrail xalqının maraqları ilə ortaqlıq yaradan gəncliyimizin mütərəqqi fikir sahibləri məhz İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubunun Təsisində yer alıb. Bu minvalla klubumuz; Aydınlanma, gerçək həqiqətlərdən hali olmaq, yardım etmək, sağlam düşüncəli və mütərəqqi qurluşlu cəmiyyətin qurulmasında tövhəyə sahiblənmək, həmçinin sarılmaz və sülhü təcəssüm etdirən dünya nizamının bərqərarı prosesində şərəfllə iştirak etmək məqsədinə dəstək olmaq istəyən gəncləri həmrəyliyin və qardaşlığın mənəvi həzzini yaşamaq çağırışı ilə kluba üzv olmağa dəvət edir".
S.İsmayılbəyli