Bərdədə 4 otaqlı ev yanıb

Bərdə rayonu, Lənbəran kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 144 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 2 m2 sahədə dolab, içərisində olan paltarlar, ümumi sahəsi 198 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 162 m2 sahədə və tövləyə yığılmış 21 ton ot bağlamasının 5 tonu yanıb. Evin, tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Bərdə rayonu, Lənbəran kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 144 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 2 m2 sahədə dolab, içərisində olan paltarlar, ümumi sahəsi 198 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 162 m2 sahədə və tövləyə yığılmış 21 ton ot bağlamasının 5 tonu yanıb. Evin, tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31