"Qalatasaray"ın sabiq məşqçisi: "Komandanın performansı məni qane etdi"
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Östersunds" tərəfindən mübarizədən kənarlaşdırılan "Qalatsaray" çətin günlərini yaşayır. Bu arada İstanbul klubunun sabiq baş məşqçisi Yan Olde Rikerink mətbuata açıqlama verib.
26 İyul 2017 13:42 İdmanAvropa Liqasının 2-ci təsnifat mərhələsində "Östersunds" tərəfindən mübarizədən kənarlaşdırılan "Qalatsaray" çətin günlərini yaşayır. Bu arada İstanbul klubunun sabiq baş məşqçisi Yan Olde Rikerink mətbuata açıqlama verib.
Hollandiyalı mütəxəsis bunları deyib: "Sneyder əfsanədir. "Qalatasaray" dəyişirsə, baş məşqçi də istefaya göndərilə bilər. 2-3 pis nəticədən sonra onun getməsini tələb edərlər.
Deyilənlərin əksinə olaraq, mənim dönəmimdə komandanı futbolçular idarə etməyib. Qaydaları mən qoyurdum və birlikdə çalışdıq. "Financial fair play" cəzamız vardı. Klubun maliyyə cəhətdən problemlər yaşayırdı. Bununla belə, komandanın performansı məni qane etdi". Goal.az