Naxçıvanda fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərlərinin görüşü keçirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərlərinin görüşü keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş barədə məlumat verən nazir Əbülfəs Qarayev deyib ki, turizm şirkətlərinin koordinasiya olunması qarşıda duran ən mühüm məsələlərdəndir: "Biz istəyərdik ki, Naxçıvana müalicəvi turizm üçün gələnlər, həm də mədəniyyət ocaqlarının imkanlarından faydalansınlar. Bu gün Ali Məclisin Sədri ilə görüşdə də bu məsələlər müzakirə olunub. Mən tam əminəm ki, biz Naxçıvanı dünya ictimaiyyətinə, sözün əsl mənasında, İslam mədəniyyətinin paytaxtı kimi təqdim etməyə müvəffəq olacağıq. Görülən işlər buna əsas verir. Hörmətli Prezidentimiz tərəfindən bu ilin "İslam Həmrəyliyi İli" elan edilməsi bütün İslam dünyasının Azərbaycana marağının artmasına səbəb olub. Eyni zamanda, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması və silsilə tədbirlərin təşkili İslam dünyasında Azərbaycanın nə qədər böyük bir mövqeyə sahib olduğunu təsdiq edir. Azərbaycan öz multikultural ənənələri ilə seçilən, mədəniyyətlər arasında körpü rolunu oynayan ölkədir. Bu imkanlardan səmərəli istifadə olunmalı, mövcud potensialı nümayiş etdirmək üçün silsilə tədbirlər keçirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31