GİN bu gün dünya səviyyəsində tanınmağa nail olub
“26 iyul Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yarandığı gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan gəncliyi üçün yaratdığı ən böyük reformalardan biri də bizim nazirlikdir”.
26 İyul 2017 11:45 Sosial"26 iyul Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yarandığı gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan gəncliyi üçün yaratdığı ən böyük reformalardan biri də bizim nazirlikdir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov səsləndirib. O, bildirib ki, vaxtı ilə imkanları çox məhdud olan nazirlik bugün dünya səviyyəsində tanınmağa nail olub: "Azərbaycanda bir çox insanların, dövlət məmurlarının, millət vəkillərinin, dünyanın fərqli yerlərində çalışan bir çox həmvətənlilərimizin yaradıcılıq, idman, peşəkar fəaliyyətində böyük rol oynayıb. Bugün Azərbaycan Gənclər və İdman siyasətini birbaşa və layiqincə icra edir. Bir çox beynəlxalq tribunalarda Azərbaycan gənclərinin böyük əksəriyyətinin bayrağımızın dalğalandırılmasının səbəbkarıdır. Hər zaman İRƏLİ İctimai Birliyinin maraqlı layihə təkliflərinə dəstək veribdir. Nazirliyin indiyədək olan fəaliyyətində rolu olan, yaranmasında əziyyəti keçən, bugün əməkdaşları qismində Bakıda və regionlarımızda çalışan bütün dostlarımızı təbrik edirəm".