ADU-da Yay məktəbi uğurla davam edir

Azərbaycan Dillər Universitetində 2016-2017-ci tədris ilinin Yay məktəbi öz işini uğurla davam etdirir. Universitetdən “Olaylar” – a bildirilib ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın qərarına əsasən ödənişsiz təşkil olunan builki yay semestrində mühüm yeniliklər tətbiq olunub. ADU-nun Tələbə qəbulu və tələbə qeydiyyatı Mərkəzinin direktoru Rəna Fərəcovanın sözlərinə görə, bu yay semestrində ilk dəfə olaraq həm də onlayn şəkildə qeydiyyat aparılıb: “Onlayn qeydiyyat universitetimizdə ilk dəfə tətbiq olunub və bu, rayonlarda olan tələbələrin daha rahat və operativ qeydiyyatdan keçmələrinə şərait yaradıb”.

Azərbaycan Dillər Universitetində 2016-2017-ci tədris ilinin Yay məktəbi öz işini uğurla davam etdirir. Universitetdən "Olaylar" - a bildirilib ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın qərarına əsasən ödənişsiz təşkil olunan builki yay semestrində mühüm yeniliklər tətbiq olunub. ADU-nun Tələbə qəbulu və tələbə qeydiyyatı Mərkəzinin direktoru Rəna Fərəcovanın sözlərinə görə, bu yay semestrində ilk dəfə olaraq həm də onlayn şəkildə qeydiyyat aparılıb: "Onlayn qeydiyyat universitetimizdə ilk dəfə tətbiq olunub və bu, rayonlarda olan tələbələrin daha rahat və operativ qeydiyyatdan keçmələrinə şərait yaradıb".

Yay məktəbinin rəhbəri, Təhsil fakültəsinin dekan müavini Bənövşə Məmmədova deyir ki, məktəb 102 qrup üzrə təşkil olunub, prosesə 61 müəllim cəlb edilib: "Rektorumuzun Təhsil, Tərcümə, Filologiya və jurnalistika, Regionşünaslıq və beynəlxalq münasibətlər, Magistratura fakültələrində yay semestrinin ödənişsiz keçirilməsi ilə bağlı qərarını yüksək qiymətləndiririk. Qeyd etmək istərdim ki, 2016-2017-ci tədris ilində yay semestrinin ödənişsiz təşkil olunmasında məqsəd əvvəlki semestrlərdən akademik borcu olan tələbələrin kredit borclarının əlverişli, rahat və dinamik şəkildə ödənilməsini təmin etməkdir. Bu il Yay məktəbində yalnız ADU tələbələri deyil, ölkəmizin Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti, həmçinin Kanadanın Toronto Universitetinin tələbələri iştirak edir".

ADU-nun II Xarici dil kafedrasının baş müəllimi Rəhimə Babayeva tələbələrin dərslərdə çox fəal iştirak etdiyini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31