Azərbaycanlı alimin yeni patenti çap olunub
Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun yeni patenti (ixtirası) nəşr edilib (WIPO publication number: WO2017081520 A1). Akademiyadan "Olaylar" - a bildirilib ki, bu mühüm ixtira ilk dəfə olaraq bitki expresiya sistemi də daxil olmaqla bütün eukariotik zülal expresiya sistemlərində rekombinant zülalların (vaksinlərin, terapevtik zülalların, sənaye enzimlərinin, təbii aditivlərin və s.) hüceyrə daxilində, N-glukozilləşmə saytında aminturşu dəyişməsi baş vermədən təbii və şəkərsiz (N-glykozasiz) formada sintez edilməsi texnologiyasının yaradılmasından ibarətdir.
26 İyul 2017 10:54 SosialTürkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun yeni patenti (ixtirası) nəşr edilib (WIPO publication number: WO2017081520 A1). Akademiyadan "Olaylar" - a bildirilib ki, bu mühüm ixtira ilk dəfə olaraq bitki expresiya sistemi də daxil olmaqla bütün eukariotik zülal expresiya sistemlərində rekombinant zülalların (vaksinlərin, terapevtik zülalların, sənaye enzimlərinin, təbii aditivlərin və s.) hüceyrə daxilində, N-glukozilləşmə saytında aminturşu dəyişməsi baş vermədən təbii və şəkərsiz (N-glykozasiz) formada sintez edilməsi texnologiyasının yaradılmasından ibarətdir.
İxtiranın böyük iqtisadi səmərə verəcəyi gözlənilir.