Fransada meşə yanğınları yaşayış məntəqələrinə çatdı - 10 min adam təxliyə edildi
Ötən gün Fransanın cənub-şərq ərazilərinda başlayan güclü yanğınlar gecə saatlarında yaşayış məntəqələrinə doğru irəliləyib.
26 İyul 2017 11:13 DünyaÖtən gün Fransanın cənub-şərq ərazilərinda başlayan güclü yanğınlar gecə saatlarında yaşayış məntəqələrinə doğru irəliləyib.
Yanğınlar Var departamentində Lond-le-Mor və Kap Benat yaşayış məntəqələrini təhlükə altında qoyub. Bu səbəbdən təxminən 10 min adam təxliyə olunub. Son məlumata görə, yanğın əksəriyyəti meşə ərazisi olmaqla artıq 400 hektar sahəni əhatə edib. Var departamentində yanğınların söndürülməsi zamanl 4 yanğınsöndürən xəsarət alıb. Onlar yüngül yanıq xəsarətləri ilə xəsatəxanaya yerləşdirilib. Sakinlərin təxliyəsini təşkil edən daha 15 nəfər isə tüstüdən zəhərləndiyi bildirilib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31