Oqtay Əsədov İrana gedir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İrana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyininin mətbuat xidmətinin rəhbəri Mühəmməd Rza Nəcəfi  məlumat verilib. Onun sözlərinə görə, avqust  ayında Milli Məclisin sədriOqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İrana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyininin mətbuat xidmətinin rəhbəri Mühəmməd Rza Nəcəfi  məlumat verilib. Onun sözlərinə görə, avqust  ayında Milli Məclisin sədriOqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək. Səfərin məqsədi İranın İranın yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etməkdir. Səfər avqust ayının 5-də reallaşcaq. Nümayəndə heyətinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun mərasimdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31