Sərinləşdirici içkilərə kimyəvi maddələr qatılır
Baxmayaraq ki, ilin bütün fəsilləsində satış mərkəzlərində istehlakçılara müxtəlf növ sular təklif olunur, ancaq yay fəalinin gəlişi ilə əlaqədar olaraq insanların suya olan tələbatı artmağa başlayıb. Bu gün ölkə bazarında müxtəlif çeşiddə sular satılır, lakin fərqinə varmadan onlardan isifadə edən istehlakçılar bu suların hansı fəsadlara yol açmasından bəlkə də xəbərsizdir. Yeri gəlmişkən qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sudanzəhərlənib ölür, 1 milyard insan isə su vasitəsilə xəstəlik tapır.
25 İyul 2017 17:47 SosialBelə içkilər evlərdə, yaxud gizli sexlərdə istehsal olunur
Baxmayaraq ki, ilin bütün fəsilləsində satış mərkəzlərində istehlakçılara müxtəlf növ sular təklif olunur, ancaq yay fəalinin gəlişi ilə əlaqədar olaraq insanların suya olan tələbatı artmağa başlayıb. Bu gün ölkə bazarında müxtəlif çeşiddə sular satılır, lakin fərqinə varmadan onlardan isifadə edən istehlakçılar bu suların hansı fəsadlara yol açmasından bəlkə də xəbərsizdir. Yeri gəlmişkən qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sudanzəhərlənib ölür, 1 milyard insan isə su vasitəsilə xəstəlik tapır. Azərbaycanda da sudan zəhərlənmə halları kifayəq qədər baş verib. Deməli, demək olar ki, hər gün istifadə etdiyimiz suyun çoxlu dərdlər fətirdiyi faktdır. Naraqlıdır, bazara saxta, insan orqanizmi üçün zərərli hesab olunan suların çıxarılmasının qarşısını necə almaq olar? Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanın bütün rayonlarında mineral və sərinləşdirici suların, meyvə şirələrinin istehsalı ilə məşğul olan müəssisələr mövcuddur. Üstəlik xarici ölkələrdən də çeşidli sular ölkəmizə idxal olunur. Mütəxəssislərin qənaətincə, respublikamızda istehsal olunan suların təxminən 40 faizinin keyfiyyəti normadan çox aşağıdır, yəni onlar saxta sulardır. Yay aylarında respublikanın müxtəlif rayonlarında kiçik sexlər peyda olur ki, onlar adi qaynamamış suyu qablaşdıraraq əhaliyə satırlar. Belə suların əsas satış yerləri kiçik köşklər, kafelər, avtovağzallarda yerləşən obyektlərdir. Əhali həmin sulardan ona görə çox istifadə edir ki, onların qiyməti olduqca aşağıdır.
Mineral sularımız niyə standartlara cavab vermir?
Məlumat üçün qeyd edək ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarında mineral sular var. "Badamlı" və "Sirab" kimi mineral sular müasir tələblərə cavab verdiyi üçün artıq brend adını qazanıblar. Bununla yanaşı, bir sıra digər keyfiyyətli sular da var ki, onların reklama ehtiyacı var. Azərbaycanda əsasən Lerik, Yardımlı, Gədəbəy, Daşkəsən, Xanlar, Qax, Qusar, Quba zonalarında mineral sular mövcuddur. Mütəxəssislərin sözlərinə görə, həmin suların tərkibi minerallarla zəngin olsa da, istehsalda buraxılan nöqsanlar səbəbindən onlar keyfiyyətsiz halda qablaşdırılır. Mineral sular birbaşa bulaqdan qablaşdırılırsa, onun keyfiyyəti üzərindəki göstəricilərlə uyğun gəlir, əksinə, belə sular şəhərə daşınaraq sexlərdə qablaşdırılırsa, adi sudan heç nə ilə fərqlənmir. Bunun nəticəsidir ki, paytaxtın ticarət şəbəkəsində mənşəyi bəlli olmayan çoxlu sayda sular peyda olub. Ticərət obyektlərində istehlakçılara təklif olunan yerli və xarici suların böyük əksəriyyəti standartlara cavab vermir. Maraqlı fakt ondan ibarətdir ki, satış mərkəzlərində belə suların heç birinin sertifikatı yoxdur. Bu isə həmin suların evlərdə və gizli sexlərdə istehsal olunmasından xəbər verir. Ümumiyyətlə, ölkədə istehsal olunan mineral sular və şirələrin 40 faizi standartlara cavab vermir. Çünki həmin sular heç bir şəraiti olmayan, sanitar-gigienik qaydalara cavab verməyən yerlərdə qablaşdırılır. Çox təssüf ki, keyfiyyətsiz, mənşəyi bəlli olmayan və yararlılıq müddəti bitmiş bütün suları satışdan çıxarmaq mümkün olmur. Məhz bu sahəyə nəzarətzisliyin nəticəsidir ki, şadlıq evlərində çoxlu sayda mənşəyi bəlli olmayan limonadlar istehsal olunur, onların da tərkibinə süni maddələr qatılır. Məlumata görə, Avropa ölkələrində sərinləşdirici sulara qatılan kimyəvi rənglərin istifadəsinə çoxdan qadağa qoyulub. Azərbaycanda isə bəzi işbazlar həmin maddələrdən sərinləşdirici içkilər və şirə istehsalında istifadə edirlər. Belə şirələrin istifadəsi insan orqanizmi üçün təhlükəlidir. Xüsusən, uşaqların belə şirələrdən istifadəsi allergiya xəstəliyi yaradır. Ancaq həmin şirələr şadlıq evləri və restoranlarda kütləvi halda insanlara təklif olnur.
Xaricdə satışdan çıxarılan sular Azərbaycana gətirilir
Ekspertlərin bildirdiyinə görə, Azərbaycana idxal edilən suların 60 faizi saxta sulardır. Həmin suların əksəriyyətini Rusiya və Gürcüstan bazarlarından çıxarılmış məhsullar təşkil edir. Bəzi məlumatlara görə, hətta xaricdə satışdan çıxarılan suların ölkəyə gətirilməsi hallarına təsadüf edilir. Təəssüf ki, bu suların tərkibi cavabdeh qurumlar tərəfindən lazımi səviyyədə yoxlanmır. Əslində ölkəyə idxal edilən məhsullar laboratoriyadan analiz edildikdən sonra uyğunluq sertifikatı ilə təmin edilməlidir. Məsələ orasındadır ki, idxal məhsullara əlavə müdaxilə sahibkarların hüquqlarının pozulması kimi qiymətləndirildiyindən bu məsələdə yumuşaq mövqe sərgilənir. Əslində isə burada söhbət sahibkarların hüquqlarının pozulmasından deyil, xalqı keyfiyyətli məhsulla təmin etməkdən gedir. Əsas məsələ ondan ibarətdir ki, sahibkarlar xarici ölkələrdən gətirdikləri məhsul keyfiyyətli olsun və insanların sağlamlığına ziyan vurmasın. Bəzən, idxal məhsullarının üzərində hətta onun hansı dövlətə məxsus olması belə göstərilmir. Bu isə şübhələri bir az da artırmış olur. Məsələn, məlumata görə, Gürcüstandan gətirilən limonadların tərkibinə spirt qatılır ki, çoxsaylı insanların bundan xəbəri yoxdur.
Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bildirib ki, Azərbaycan su bazarında vəziyyət ürəkaçan deyil: "Azərbaycanda yerli istehsalla yanaşı, müxtəlif ölkələrin də suları satılır. Nəzərə almaq lazımdır ki, idxal olunan sular keyfiyyətinə və standartlarına görə Azərbaycan sularından geridə qalır. Ümumiyyətlə, yerli istehsalın da hamısının keyfiyyətinə təminat verilmir". O, istehlakçıları daha diqqətli olmağa çağırıb: "Əhali bilməlidir ki, xaricdə istehsal olunan suların mənbəyinə yaxın yerlərdə kimya zavodları, atom stansiyaları var. İstər-istəməz həmin zərərverici maddələr yeraltı sulara qarışır. Ölkəmizdə isə belə mənbələr yoxdur.
Azərbaycan suları çox keyfiyyətlidir. Lakin yay mövsümü gələndə işbazların, su istehsal edən gizli sexlərin sayı sürətlə artır. Ona görə də əhali tanıdığı mağazadan və güvəndiyi firmaların suyundan istifadə etməlidir. Çünki bazarda çox vaxt standarta uyğun olmayan, vaxtı ötmüş sular satılır". Dövlət Məmmədov onu da deyib ki, idxal olunan suların üstündə göstərilən tərkiblə şüşənin içərisində olan suyun tərkibi çox vaxt eyni olmur: "Ölkəyə gətirilən limonadların içərisinə süni boyalar, qənd əvəzləyici maddələr vurulur ki, bu da insanlarda, xüsusilə də uşaqlarda xəstəlik yaradır. Çünki bu sahəyə nəzarət çox zəifdir. Azərbaycanın böyük su zavodlarına inam böyükdür. Məsələn, bu gün satışda bulaqdan doldurulan sular həqiqətən var. Lakin Bakıdakı bir çox firmalar, o cümlədən işbazlar krant suyundan istifadə edir. Dünyanın əksər ölkələrində su müəssisəsi suyu krantdan doldurursa, mütləq şüşənin üstündə bu haqda qeyd olur. Bizdə isə müxtəlif yer adlarıyla krantdan doldurulan sular satılır. Bu gün Bakıda belə bir ənənə yaranıb. Quyu suyunu filterdən keçirib insanlara təqdim edirlər. Əgər quyu suyu doğrudan da keyfiyyətlidirsə, hökumət milyardlarla vəsait xərcləyib Qəbələdən Bakıya su çəkməzdi. Elə quyudan çəkib, filterdən keçirib istifadəyə verərdi. Bu sahəyə nəzarətin gücləndirilməsinə ehtiyac var".
Alim