İki nəfəri qətlə yetirən cani 7 il zooparkda gizlənib
Avstraliyada 2 insanı öldürəndən sonra polisdən qaçaraq gizlənən cinayətkar aparılan uzunmüddətli axtarışlar nəticəsində 7 il sonra heyvanat bağçasında tapılıb.
25 İyul 2017 17:27 DünyaAvstraliyada 2 insanı öldürəndən sonra polisdən qaçaraq gizlənən cinayətkar aparılan uzunmüddətli axtarışlar nəticəsində 7 il sonra heyvanat bağçasında tapılıb.
Publika.az xəbər verir ki, cinayətkar Malkolm Naden qohumu Latişa Nolanı və onun sevgilisi Kristi Şolezi öldürməkdə təqsirləndirilib.
İngiltərənin "Daily Mail" qəzetinin verdiyi xəbərə görə, bu yaxınlarda cinayətkarın 7 il ərzində heyvanat bağçasında necə yaşadığını nağıl edən "The Contractor" adlı kitabı çap olunub.
Kitabda ölkənin ən çox axtarılan cinayətkarlar siyahısına liderlik edən qatilin sağ qalmaq üçün fillərin yeməyini oğurlaması, tısbağa yeməsi və kərgədanların yanında yatması kimi məlumatlar yer alıb.