Daha 7 dövlət əmlakı satıldı
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti belə hərracını 25 iyulda keçirib. “Olaylar” xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.
25 İyul 2017 17:54 SosialƏmlak Məsələləri Dövlət Komitəsi növbəti belə hərracını 25 iyulda keçirib. "Olaylar" xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 9 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib. Özəlləşdirilən əmlaklar, ticarət, təsərrüfat, təchizat sahəsinə aid olub. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nizami rayonlarında, regionlardan isə Gəncə, Mingəçevir şəhəri və Xaçmaz, Cəlilabad, Neftçala rayonlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən "Samirə" kiçik dövlət müəssisəsi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 920 kv.m, torpaq sahəsi isə 968 kv.m təşkil edir. Hərracda xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Bakının Sabunçu rayonunda yerləşən 1 saylı təsərrüfat malları mağazası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 179,1 kv.m təşkil edir. Paytaxtla yanaşı regionlarda da özəlləşdirilən kiçik dövlət müəssisəsi orta və kiçik sahibkarlığın inkişafına imkan verə biləcək əmlaklardır. Gəncədə yerləşən 105 saylı mağaza, Mingəçevirdə "Arzu" çayxanası, Xaçmazda 12 saylı mağaza, Neftçalada Ticarət obyekti bu kateqoriyaya aid olmaqla sahibləri üçün gələcəkdə yaxşı qazanc gətirə bilər.