Avropa İttifaqı Körfəzə səsləndi — "Qətər böhranını dialoq vasitəsilə həll edin"
Avropa İttifaqı Qətər böhranı ilə bağlı yeni açıqlama verib. "Ölkə.Az" xəbər verir ki, İttifaqdan bildiriblər ki, Qətər ətrafında yaranan böhranın həlli üçün Küveytin vasitəçiliyi ilə danışıqlar dərhal başlamalıdır. Tərəflər aralarında daha effektiv terrorizm əleyhinə yanaşma mövzusunda razılığa gəlməlidirlər. Bu bəyanatı Aİ diplomatik korpusunun sədri Federika Mogerini verib.
25 İyul 2017 17:00 DünyaAvropa İttifaqı Qətər böhranı ilə bağlı yeni açıqlama verib. İttifaqdan bildiriblər ki, Qətər ətrafında yaranan böhranın həlli üçün Küveytin vasitəçiliyi ilə danışıqlar dərhal başlamalıdır. Tərəflər aralarında daha effektiv terrorizm əleyhinə yanaşma mövzusunda razılığa gəlməlidirlər. Bu bəyanatı Aİ diplomatik korpusunun sədri Federika Mogerini verib.
Mogerini mətbuat nümayəndələrinə bildirib: "Küveyt əmirinin vasitəçiliyi ilə dialoq prosesinin ən qısa vaxtda başlaması çox vacibdir".
Avropalı diplomat qeyd edib ki, tərəflər anti-terror məsələsində daha effektiv addımlar ata bilərlər və bu sahədə gərginliyin artmasından qaça bilərlər. Ölkə.az