4 Körfəz ölkəsindən Qətərə yeni siyahı — Terror siyahısına əlavələr edilib

Qətərə embarqo tətbiq edən Körfəz ölkələri yeni siyahı hazırlayıblar.  Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ daha əvvəlcə açıqlanan terror siyahısına 9 qurum və 9 nəfərin adını əlavə ediblər. 4 ölkənin yayımladığı birgə bəyanatda deyilir: "Terrora qarşı mübarizə və terrorun mənbəyini qurutmaq cəhdi çərçivəsində Qətərlə birbaşa və ya dolayı yolla əlaqəsi olan 9 qurum və 9 şəxs terror siyahısına əlavə edilib".

Siyahıya əlavə edilən və Liviya ilə Yəmənlə bağlı olduğu qeyd edilən qurumlar arasında Benqazi inqilabçılar Şurası, Liviya "Nebe" sputnik kanalı və yəmənli xeyriyə fondunun adı var. Bundan başqa, 3 Qətər, digərləri isə Küveyt, Yəmən və Liviya vətəndaşı olan şəxslər arasında Küveytli din alimi Hamid bin Abdullah əl-Əlinin də adı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31