Əhalinin ərzaq təminatını yerli istehsal hesabına ödənilməsinə nə maneə olur?
Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, heyvandarlıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulmuşdur. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən,suvarma işlərinin maksimum dərəcədə yüksək səviyyədə aparılması üçün layihələr həyata keçirilir. Bu məqsədlə Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılmışdır.
25 İyul 2017 17:11 SosialBu məqsədlə 20 rayon ərazisində 32 iri fermer təsərrüfatı yaradılıb
Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, heyvandarlıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulmuşdur. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən,suvarma işlərinin maksimum dərəcədə yüksək səviyyədə aparılması üçün layihələr həyata keçirilir. Bu məqsədlə Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılmışdır.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinın tapşırığına uyğun olaraq, 20 rayon ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılmışdır. Dəyəri 193 milyon manat olan bu iri fermer təsərrüfatlarının yaradılmasına 70.5 milyon manat güzəştli kredit verilmişdir. Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə hər hektardan 60, qarğıdalıda 120, soyada isə 35 sentnerədək təşkil edir. Hazırda qabaqcıl texnologiyalara əsaslanan istehsal və emal sahələrinin qurulması, infrastrukturun təkmilləşdirilməsi, eyni zamanda yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılmış və Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilmişdir. Hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Məlumatda bildirilir ki, 2017-ci ilin birinci yarımilində biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin 6 ayı ərzində 26 yoxlama keçirilmişdir. Özəl sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017-ci ilin birinci yarımili ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilmişdir və bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilmiş güzəştli kreditlərin 65%-i respublikanın regionlarının, 35%-i isə Bakı qəsəbələrinin payına düşür. İndiyədək isə 33,5 mindən çox sahibkarın ümumi investisiya dəyəri 4 mlrd. manatdan çox olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manatdan çox güzəştli kredit verilmişdir. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 mln. manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur. Azərbaycanda investisiya təşviqi mexaniziminin uğurla həyata keçirilməsi nəticəsində indiyədək verilmiş 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur. Bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaqdır. Ümumilikdə təqdim edilmiş sənədlərin 37%-i kənd təsərrüfatını, 63%-i isə sənaye sahələrini əhatə edir. İnvestisiya təşviqi sənədi almış 83 müəssisə artıq fəaliyyət göstərir, digərləri isə 2018-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq: "Dövlət başçısının müəyyənləşdirdiyi mühüm vəzifələrdən biri də qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsidir. "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası həyata keçirilmışdır. İxrac missiyalarının nəticəsi olaraq, çay və narın Almaniyaya, nar şirəsinin İsveçə ixracı, Qətərdə park mebelinin təşviqi, distribyusiyası və satışına dair müqavilə imzalanmış, Əfqanıstana quru süd, mebel və süd məhsullarının, nar şirəsi, qənnadı məhsulları, fitinq və poletilen borular, metal konstruksiyaları və digər tikinti materiallarının, Qətərə ət, nar şirəsi və Naftalan neftindən kosmetoloji və tibbi məhsullarının ixracı, Qazaxıstana kosmetoloji və tibbi məhsullar və meyvənın ixracına dair ilkin razılaşmalar əldə edilmiş, Pakistana mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, göbələk üzrə sifarişlər qəbul olunmuşdur. Bununla yanaşı, Pakistanda tikiləcək 71 km qaz boru kəmərinin layihəsi üçün tenderdə (boruların təchizatı) Azərbaycan və Pakistan şirkətlərinin birgə iştirakı barədə ilkin razılaşmalar əldə edilmişdir".Qeyd edək ki, indiyədək təşkil edilmiş ixrac mıssiyalarının nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi, Qazaxıstana sənaye boyası ixrac olunmuşdur. Hazırda Astanada Azərbaycan şərab ticarət evinin yaradılması barədə Qazaxstandakı azərbaycanlı iş adamları ilə danışıqlar aparılır.
Zəka