Milli-mənəvi dəyərlər hər bir xalqın fiziki və mənəvi varlığıdır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyi yeni layihəyə start verib. ”Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması” adlanan layihədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Humanitar Araşdırmalar İctimai Birliyi yeni layihəyə start verdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyi yeni layihəyə start verib. "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması" adlanan layihədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumat verən layihənin rəhbəri, Humanitar Araşdırmalar İctimai Birliyinin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva bildirib ki, milli-mənəvi dəyərlər hər bir xalqın fiziki və mənəvi varlığıdır. Seindirici və qürurverici haldır ki, Azərbaycan öz milli-mənəvi dəyərlərinin sahibidir. Odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi soaial-iqtisadi islahatlar milli-mənəvi dəyərlərə əsaslanır: "Milli-mənəvi dəyərlərimiz bizim minilliklər tariximizdən keçib gəlib, zənginləşib və bu gün də yaşayır. Bu dəyərlər keçmişimiz, bu günümüz və gələcəyimizdir. Ən qədim sivilizasiya ocaqlarından biri olan Azərbaycan ərazisində xalqımız dünyanın ən zəngin və özünəməxsus mədəniyyətlərindən birini yaradıb. Bu dəyərlərimizin qorunması və inkişaf etdirilməsində xüsusi xidmətləri olan dövlət xadimlərimizdən biri ulu öndər Heydər Əliyev olub. Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə və 1993-2003-cü illərdə ulu öndər xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsinə xüsusi qayğı və diqqətlə yanaşıb. Ümummilli lider deyirdi ki, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır. Bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, sevindirici haldır ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun media üçün elan etdiyi 19 layihədən biri də milli-mənəvi dəyərlərlə bağlıdır. Onun sözlərinə görə, klassik Azərbaycan mətbuatı da, yeni media da milli-mənəvi dəyərlər sisteminə həssaslıqla yanaşıb. Mətbuatın funksiyalarından biri də maarifləndirmə işi oduğundan milli-mənəvə dəyərlərlə bağlı təbliğat məsələsi həmişə öndə olub: "Lakin, bu dəyərlər sisteminin qorunub saxlanmasına münasibət məsələsində klassik mətbuatla yeni media arasında müəyyən fərqlilik qeydə alınıb. Belə ki, hazırda yeni media adlandırdığımız sosial şəbəkələrdə milli-mənəvi dəyərlərlə bağlı acınacaqlı vəziyyət yaranıb. Məsələ orasındadır ki, sosil media təmsilçiləri özünü peşəkar hesab edərək milli-mənəvi dəyərlərlə bağlı xoşagəlməz ifadələr işlədir, tarixi şəxsiyyətlərimiz barədə təzadlı fikirlər irəli sürürlər. Görkəmli şair Səməd Vurğun haqqında yersiz ifadələr işlədilir, ömrünü türkçülüyə həsr edən Bəxtiyar Vahabzadənnin az qala milli mənsubiyyətinə şübhə ilə yanaşılır. Beləliklə, qərəzli şəkildə milli-mənəvi dəyərlərə normal baxış ortaya qoyulmur, tarixi şəxsiyyətlərimiz təhqir olunur. Klassik mətbuat isə milli dəyərlər sisteminə sədaqəti ilə fərqlənirdi". Onun sözlərinə görə, hazırda ölkədə peşəkarlığa söykənən kifayət qədər internet saytları var. Sosial şəbəkələr isə hətta toy və yas mərasimləri kimi milli dəyərlərə rişxəndlə yanaşırlar: "Vəziyyət o həddə çatıb ki, qələm sahibi olan bir şəxs anasının ölüm anını telefona çəkərək sosial mediaya yerləşdirir. Bu onu göstərir ki, milli-mənəvi dəyərlərin işıqlandırılmasında da bir etik ölçülər olmalıdır. Qələm əhli, jurnalist isə dəyərlər sisteminin qorunub saxlanması və gələcək nəslə ötürülməsi işində cəmiyətə örnək olmalıdır. Yadda saxlamaq lazımdır ki, hansı millət milli-mənəvi dəyərlərinə bağlıdırsa, o millətin və dövlətin yaşayıb inkişaf etməyə haqqı var. Çünki, yad dəyərlərin təsiri altına düşən millət özünü unudur, dövlət isə məhv olur. Azərbaycanda isə milli mənəvi dəyərlərin qorunub saxlanması və gələcək nəslə ötürülməsi prosesində Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın əməyi danılmazdır. Hesab edirəm ki, milli-mənəvi dəyərlərin aşılanması prosesinə elə uçaq baxçası və orta məktəbdən başlanılmalıdır". Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov qeyd edib ki, milli-mənəvə dəyərlərlə bağlı sosial mediada özbaşınalıq hökm sürür. Lakin prezident İlham Əliyev milli-mənəvə dəyərlərə böyük önəm verir, dəfələrlə çıxışında bu məsələlərə aydınlıq gətirib: "Azərbaycanın tolerantlıq ənənəsi dünya ölkələri üçün bir örnəkdir. Danılmaz faktdır ki, milli-mənəvi dəyərlərin qorunması milli dövlətin möhkəmlənməsində müstəsna rol oynayır. Odur ki, gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması vacib şərtdir". Sonda millət vəkili, professor Musa Qasımlı milli-mənəvi dəyərlərimizin qorunmasının millət, dövlət və cəmiyyət üçün faydalı olduğunu dilə gətirib. Bu baxımdan sözügedən layihənin əhəmiyyətli olduğunu vurğulayıb.

Alim    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31