Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır

Bu gün müstəqil Azərbaycanda söz və ifadə azadlığı yüksək səviyyərə təmin olunur. Etiraf edilməlidir ki, Azərbaycanda demokratiyanın təməl prinsiplərindən olan söz və mətbuat, informasiya əldə etmək, sərbəst toplaşmaq kimi azadlıqların təmin olunması sahəsində atılan addımlar bir sıra ölkələr üçün örnək hesab oluna bilər.

Media təmsilçiləri dövlət tərəfindən ən yüksək qayğı ilə əhatə olunub

Bu gün müstəqil Azərbaycanda söz və ifadə azadlığı yüksək səviyyərə təmin olunur. Etiraf edilməlidir ki, Azərbaycanda demokratiyanın təməl prinsiplərindən olan söz və mətbuat, informasiya əldə etmək, sərbəst toplaşmaq kimi azadlıqların təmin olunması sahəsində atılan addımlar bir sıra ölkələr üçün örnək hesab oluna bilər. Sadalanan istiqamətdə görülən işlər təkcə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bitmir, həm də məli gəaliyyətdə özünü göstərir. Bu günlərdə dövlət başçısının 255 jurnalistə mənzil hədiyyə etməsi sadaladığımız prinsiplərin reallaşdırılması istiqamətində atılan ən böyük addımlardandır. Təbii ki, jurnalistlərin sosial qayğılaranan aradan qaldırılması, onların social təminatının yüksəldilməsi eyni zamanda mətbuata verilən bir dəyərdir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti və şəxsən president İlham  Əliyev ölkədə müstəqi mətbuatın formalaşmasının tərəfdarıdır. Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib. Prezident İlham Əliyev mediaya xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki,  Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb. Hüquqşünas Natiq Rəhimli bildirib ki, milli mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi tarixi töhfələri var. Bu baxımdan, əbəs yerə deyil ki, sözügedən amil Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirib. Ümummilli Liderimiz milli mətbuatımızın iş  prinsipini və tarixini şərh edərkən bu tarixi kəlamlarını vurğulayıb: "Şərəfli tarixə və zəngin ənənələrə malik milli mətbuatımız Azərbaycan ictimai fikrinin inkişafında, xalqımızın milli-mənəvi təkamülündə mühüm rol oynamışdır. Milli azadlıq hərəkatının daim ön sıralarında getmiş Azərbaycan jurnalistikası cəmiyyət qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və həlli işinə əhəmiyyətli töhfələr vermişdir". Onun bildirdiyinə görə, Ulu Öndərimizin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən zəngin qanunvericilik bazası yaradıldı, mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu, 1998-ci ildə Azərbaycanda ilk dəfə olaraq senzura ləğv edildi. O da əbəs yerə deyil ki, Ulu Öndər Heydər Əliyev bir neçə dəfə Azərbaycan mətbuatının dostu olaraq seçilmişdi. Bu, Onun mediaya, jurnalistlərə verdiyi qiymətinin nəticəsi idi. 1993-cü ildən ötən dövr ərzində ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı 50-yə yaxın qanun, fərman və sərəncamın qəbul olunması milli mətbuatın inkişafına göstərilən diqqətin nəticəsidir. 1999-cu il dekabrın 7-də "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu mətbuatın hüquqi bazasının zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sonrakı dövrdə də davam etdirildi, "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olundu. Hazır­da Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Ulu Öndərimiz bununla bağlı növbəti tarixi fikirlərini irəli sürmüşdü: "Hər bir kütləvi informasiya vasitəsi milli dövlət quruculuğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir".

Onun sözlərinə görə, hazırda Azərbaycan mətbuatı sözün həqiqi mənasında inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin atdığı addımlar deməyə əsas verir ki, mətbiata dövlət qatğısı davamlı olacaq. Təsadüfi deyil ki, dövlət başçısı bildirib ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq: "Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Bu, indiki zamanda özlüyündə bir nailiyyətdir. Biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. O ki qaldı, daxildə mövcud olan risk mənbələri bunlar demək olar ki, yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır - həm ideoloji sahədə, həm də sərhədlərimizin qorunmasında. Bmumiyyətlə, biz həmişə çalışırdıq, çalışırıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq ki, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın. Hesab edirəm ki, buna nail olmuşuq".

Hüquqşünas qeyd edib ki, Ümummilli Liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişafına ciddi diqqət yetirir. Ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin olunması, tam sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılmış şəraitin, mətbuata dövlət qayğısının bariz nümunəsidir. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlət başçısının bu sahədə atdığı uğurlu addımların məntiqi davamıdır. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi, bir qrup jurnalistin mənzillə təmin olunması jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. Onu da vurğulamaq yerinə düşərdi ki, mənzil şəraitləri pis olan, yaxud da ümumiyyətlə mənzilləri olmayan media işçilərinin ən müasir standartlara cavab verən mənzillərlə təmin olunması artıq ənənə şəklini alıb.  Şəhərin ən görkəmli yerində müasir binalar bu gün hər kəsə göz oxşayır. Birinci binada 156, ikinci binada isə 255 mənzilin jurnalistlərə verilməsi dünyada analoqu olmayan bir hadisədir. İkinci binanın açılışında və mənzillərin təhvil verilməsi mərasimində cənab Prezidentimiz 3-cü binanın tikiləcəyini, hətta ənənənin növbəti illərdə davamlı xarakter alacağını xüsusilə vurğuladı. Əlbəttə, bu analoqu olmayan addımların atılması ölkə jurnalistlərinə öz əməklərində daha həssas, daha fəal olmalarına zəmin yaradır. O cümlədən, dövlət hər zaman mətbuatın yanında olduğunu vurğulayır. Məhz bu baxımdan, mətbuatımızın 142-ci ildönümündə ölkə başçımız növbəti dəfə Azərbaycan Jurnalistlərinin Dostu nominasiyasına layiq görüldü.  Onun bildirdiyinə görə, müasir jurnalsitikamızın  ən böyük uğuru Azərbaycan mətbuatında söz azadlığının bərqərar olmasıdır: "Bu gün qəzet, sayt açmaq üçün heç bir maneə yoxdur. İstənilən şəxs jurnalistika sahəsində fəaliyyət göstərə bilər. Jurnalistikamızın ən böyük uğuru odur ki, ölkə başçısının bu sahəyə birbaşa qayğısı var. Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi xüsusi fond yaradılaraq, müstəqil mətbuata yardım göstərilmir. Yəni Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF), dövlət, iqtidar mətbuatına yardım göstərmir. Müstəqil mətbu orqanlara yardım göstərir. Dünyanın heç bir yerində Azərbaycan jurnalisti qədər qayğı ilə əhatə olunmuş mətbuat işçisi yoxdur. Artıq jurnalistlər üçün məxsusi olaraq ikinci bina tikilib, üçüncü binanın isə təməli qoyulub. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan mətbuatı və media təmsilçiləri dövlət tərəfindən ən yüksək qayğı ilə əhatə olunub. Qalır bircə jurnalistlərin üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməsi. İnanıram ki, jurnalistlər dövlətin və dövlət başçısının onlara göstırdiyi diqqət və qayğının mahiyyətini dərk edərək öz yaradıcılıqlarında millət və dövlət maraqlarını hər şeydən uca tutacaqlar. Dövlətin daha da inkişafı, ölkənin çiçəklənməsi, Vətənin tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklər".  

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31