Bərəkətimizi göyə sovurmayaq

2014-cü ildən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrin iqtisadiyatına təsirsiz ötüşmədi. Təkcə neft ixrac edən ölkələr deyil, eləcə də qeyri-neft ölkələrinə də bu proses öz təsirini göstərdi, dünya ölkələrinin böyük əksəriyyətinin iqtisadiyyatında mənfi tendensiya, geriləmə müşahidə edilməyə başladı. Birləşmiş Ştatıar dolları ayrı-ayrı ölkələrin milli valyutalarını üstələdi, onlar qarşısında dəyərini artırdı. Bu isə bir sıra ölkələrdə kəskin devalvasiya və qiymət artımına gətirib çıxardı. Azərbaycan dünya iqtisadiyyatının ayrılmaz bir qolu, üzvü olduğundan heç şübhəsiz ki, bizim ölkəmizə də neft qiymətləri təsirsiz qalmadı.

2014-cü ildən dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrin iqtisadiyatına təsirsiz ötüşmədi. Təkcə neft ixrac edən ölkələr deyil, eləcə də qeyri-neft ölkələrinə də bu proses öz təsirini göstərdi, dünya ölkələrinin böyük əksəriyyətinin iqtisadiyyatında mənfi tendensiya, geriləmə müşahidə edilməyə başladı. Birləşmiş Ştatıar dolları ayrı-ayrı ölkələrin milli valyutalarını üstələdi, onlar qarşısında dəyərini artırdı. Bu isə bir sıra ölkələrdə kəskin devalvasiya və qiymət artımına gətirib çıxardı. Azərbaycan dünya iqtisadiyyatının ayrılmaz bir qolu, üzvü olduğundan heç şübhəsiz ki, bizim ölkəmizə də neft qiymətləri təsirsiz qalmadı. Beləliklə, 2014-cü ildən başlanan neft böhranı Azərbaycanda da minimum səviyyədə olsa belə hiss edildi, bəzi iqtisadi və maliyyə problemləri yaşandı. Hazırda da dünya bazarlarında neft qiymətləri qeyri-müəyyən olaraq qalmaqdadır və müntəzəm olaraq enib qalxan neft qiymətləri ölkələrin, eləcə də Azərbaycanın iqtisadiyyatında müəyyən dəyişikliklərə səbəb olur. Elə bir müddət əvvəl 2017-ci ilin dövlət büdcəsinə yenidən baxılması zərurəti də məhz bundan irəli gəlirdi. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin Dövlət Büdcəsinə edilən dəyişikliklər əsasında büdcənin gəlir və xərcləri artırıldı. Qarşıdakı müddət ərzində də dünya bazarlarında neftin qiymətinin yenidən dəyişəcəyi, onun qiymətinin artacağı proqnozlaşdırılır. Heç şübhəsiz ki, neftin qiymətinin qalxması iqtisadiyyatda müsbət meyillərin müşahidə edilməsinə gətirib çıxaracaq ki, bu da əhalinin sosial həyatında öz müsbət nəticələrini göstərəcək. Ancaq iqtisadiyyatdan heç bir anlayışı olmayan bir çox "ekspertlər", hətta bəzi hallarda sıravi vətəndaşlar belə düşünürlər ki, neftin qiymətinin artıb-azalmasının iqtisadiyyata və sosial həyata heç bir təsiri yoxdur. Məsələyə iqtisadçı ekspertlər daha məntiqli cavab verirlər. İqtisadçı ekspert Pərviz Heydərov birmənalı olaraq qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi neftin dünya bazarlarında satış qiymətindən asılıdır. Onun sözlərinə görə, neft olmasa adi pensiya və maaşları belə, ödəmək mümkün ola bilməz: "Odur ki, kimsə düşünürsə və yaxud da ki, elə düşünmədən deyirsə ki, "neftin qiymətindən mənə nə ?.." - çox böyük səhv edir. Adi süpürgəçimizin də maaşı neftimizin hesabınadır. Bunu qətiyyətlə nəzərə almaq lazımdır. Ona görə də, 2014-cü ilin iyun ayından dünya bazarlarında neftin qiyməti enməyə başlayan gündən ölkəmizdə hər bir kəsin dolanışıq vəziyyəti pisləşdi. Belə ki, dövlətin gəlirlərinin azalmasıyla vətəndaşların da real qazanclarının səviyyəsi endi, pərakəndə ticarət şəbəkələrində satış həcmi düşdü, dəbdəbəli mərasim və tədbirlərin keçirilməsi sayı məhdudlaşdı, qısa desəm, "raskoşnıy həyat tərzi və iddiaları" bitdi. Məsələ ondadır ki, belə baxdıqda isə ölkəmizin neftə əslində, heç bir ehtiyacı yoxdur desəm, yanılmaram. Buna misal olaraq, vətənimizin lap ucqar bir bölgəsində yerləşən adi bir ticarət şəbəkəsinin və yaxud, lap elə xidmət obyektinin qarşısında təxminən, bir 20-30 dəqiqə dayanmaq kifayətdir. Azı 3-4 müştərinin nəsə aldığının və yaxud hansısa bu və ya digər xidmətdən istifadə etdiyinin şahidi olacaqsız. Söhbət, hələ indiki dövrdən, yəni neftin ucuz olduğu krizis vaxtından gedir. Üstəlik, rayon yerindən, yəni bölgədən danışıram. Şəhər yerlərindən yox. Demək istədiyim budur ki, adi vergi yığımı işi əgər ədalətli və düzgün təşkil olunarsa, inanın ki, neft amilinə heç bir ehtiyacımız qalmaz. Onsuz da sözügedən ticarət və xidmət obyektlərinin sahiblərinin hər biri "zar-zar ağlayır" ki, qazancımızın 2/3 hissəsini veririk. Hara, kimlərə və niyə?!. İlk baxışda heç cür aydın deyil. Axı, bu ölkədə dövlət başçımız çıxışlarında dəfələrlə deyib ki, sahibkarları incitməyin !. Prezident iri zavod, holdinq rəhbərlərini demir ki. Xırda və nisbətən orta iş adamlarını deyir. Bəs, müxtəlif hökumət qurumları niyə və nədən incidir onları?". İqtisadçı Pərviz Heydərov deyib ki, sabah neftin qiyməti lap, qalxsa da belə, bizdə onun hasilatı "bitəcək": " Vətəndaşda da bir şey qalmayanda, məmur görəsən onda nədən, hardan və nə yeyəcək ?!.. Bəlkə, bu ölkənin "bərəkətini göyə sovurmayaq" .

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31