Gündəm

"Qadağa qoyulmayıb, tövsiyyə edilib ki..." - MTRŞ sədri Rüfət Axundov haqda

12 Aprel 2019 11:10

"Milli Televiziya və Radio Şurası "Space TV"-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü". Bunu açıqlamasında "Space" TV-də müğənni Rüfət Axundovun və əməmkdar artist Rəşad İlyasovun efirdə qeyri-etik ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib. N. Məhərrəmli deyib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib: 

Tramp "sevgisini" İNKAR ETDİ: "Bu haqda heç bir şey bilmirəm"

12 Aprel 2019 10:55

ABŞ prezidenti Donald Trampın “Wikileaks” saytının qurucusu Culian Assanjın həbsi ilə bağlı verdiyi açıqlama müzakirələrə səbəb olub. Mətbuat konfransında bir jurnalist prezidentə 2016-cı ilə dediyi “Wikileaks”ə aşiqəm” sözlərini xatırladıb və ardınca saytın qurucusunun Londonda həbs edildiyini deyib.

Gülşen evini 30 milyona satır

12 Aprel 2019 10:30

Türkiyəli ifaçı Gülşen Londonda ev almaq niyyətindədir. O, buna görə 15 milyon lirəyə aldığı villasını satışa çıxarıb.

Kim Çen In Dövlət Şurasının sədri seçildi

12 Aprel 2019 10:20

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisinin sessiyasında ölkənin Dövlət Şurasının sədri seçilib. Bu haqda "Renxap" agentliyi məlumat yayıb.

Rumıniyanın Piteşti Universitetinin nümayəndələri Bakıda

12 Aprel 2019 10:18

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Rumıniyanın Piteşti Universitetinin prorektoru Emanuel Soare, universitetin professorları Loredana Bloju və Lavinia Geambei ilə görüşüb. Rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu söyləyib. O, qonaqların öz təcrübələrini universitetin müəllim və tələbələri ilə paylaşdığına görə təşəkkürünü bildirib. Universitet rəhbəri Rumın dili və mədəniyyəti mərkəzinin ADU-nun müəllim və tələbə heyətinin də Rumıniya universitetlərinə səfərini təşkil edəcəyinə əminliyini ifadə edib. 

"Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Saatlı rayonu olub

12 Aprel 2019 10:14

Saatlıdakı Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin məsul işçiləri, rayon icra hakimiyyətinin rəhbərliyi, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər. Mərasimdə qeyd olunub ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.

Monika Belluççi sevgilisi ilə obyektiv qarşısında

12 Aprel 2019 10:10

54 yaşlı aktrisa Monika Belluççi sevgilisini gizlətməmə qərarı alıb. 36 yaşlı art-qaleri sahibi olan Nikolas Lefevrla eşq yaşayan aktrisa artıq hər yerə onunla gedir.  Parisdə keçirilən "Couchella" festivalı çərçivəsində keçirilən "Cartier" qala gecəsinə qatılan cütlük obyektivlər qarşısına keçərək fotolar çəkdiriblər. 

Mədəniyyət naziri İspaniya Dövlət Televiziyasına müsahibə verdi

12 Aprel 2019 10:08

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 11-də ölkəmizdə səfərdə olan İspaniya Dövlət Televiziyasının “Medina en TVE” proqramının direktoru Bouziane Ahmed Khodjaya müsahibə verib.

Pakistanda GÜCLÜ PARTLAYIŞ: 16 ölü, 30 yaralı

12 Aprel 2019 10:05

Pakistanın Kvetta şəhərində güclü partlayış baş verib. İlkin məlumatlara görə, partlayış nəticəsində16 nəfər ölüb, 30 nəfərin yaralanıb. Partlayıcı qurğunun səhər saatlarında şəhər bazarında işə düşdüyü bildirilir.

İsraildə seçkilərin nəticələri BƏLLİ OLDU: Netanyahu hökuməti...

12 Aprel 2019 09:55

İsraildə çərşənbə günü keçirilən növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyası baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının 36 yer qazanaraq seçkilərdən üstün çıxdığını açıqlayıb.

Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi 

12 Aprel 2019 09:54

Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub. Olaylar.az bildirir ki, mərasimi açan mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin iki xalqın həyatında əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. 

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa 

12 Aprel 2019 09:54

Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, dəyirmi masa Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə baş tutub.

Əsrə bərabər 16 İL...

12 Aprel 2019 09:47

Bəlkə də bu sərlövhə bir qədər qəribə görünəcək. Ancaq mən əminəm ki, bizim 10 milyonluq vətəndaşımızın hər biri könül rahatlığı ilə bu sözlərin altına öz imzasını ata bilər. Çünki, son 16 ildə Azərbaycanı dünyaya, dünyanı da Azərbaycana yaxınlaşıdıran və tanıdan elə bir vüsətə, elə bir yüksəlişə nail olmuşuq ki, bu uğurları dostlarımız da etiraf edir, düşmənlərimiz də.

“Frankofoniya həftələri” universitetdə davam edir

11 Aprel 2019 16:07

Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) “Frankofoniya həftələri” çərçivəsində “Meksika ədəbiyyatında fransız dilinin rolu” adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir universitetin Frankofoniya, Fransız dili və mədəniyyəti mərkəzi ilə İspan dili mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Nəcəf Allahverdiyev direktor və valideynlərə müraciət etdi -Pulsuz təlim

11 Aprel 2019 15:19

"Karnegi Klub"un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyevi sosial şəbəkə hesabından məktəbli Elina Hacıyevanın intiharına münasibətini bildirib. Problemi maariflənmədə görən təlimçi məktəb direktorlarına və valideynlərə müraciət edib.